Dünyanın ən uzun batırılmış boru tuneli, Almaniya və Danimarkanı birləşdirəcək!
Elm & Texnologiya
28.06.2024
Farid Pardashunas
Almaniya və Danimarkanı birləşdirən dənizaltı magistral və dəmir yolu tuneli olan Fehmarnbelt Tuneli, 18 km uzunluğunda dünyanın ən uzun batırılmış boru tuneli olacaq.
Tamamlandıqdan sonra tunel Danimarkadakı Rødbyhavn ilə Almaniyanın Fehmarn şəhərini birləşdirəcək və Skandinaviya ilə Avropanın qalan hissəsi arasındakı ən qısa marşrut olacaq. Beləliklə, 45 dəqiqəlik bərə gəzintisi əvəzinə Fehmarn boğazını qatarla 7 dəqiqəyə, avtomobillə isə 10 dəqiqəyə keçmək mümkün olacaq.
Tunelin tikintisi üçün 360 min ton dəmir istifadə ediləcək. Bu miqdar Eyfel qülləsində istifadə edilən dəmirin 50 qatına bərabərdir. Dənizin dibində 18 km uzunluğunda batırılmış boru tunellərinin yerləşdirilməsi üçün təxminən 70 gəmi dənizin dibini qazıb yastılayıb və 12 milyon kubmetr torpaq çıxarılıb.
Suya batırılmış tunel, 79 standart və 10 xüsusi hissədən ibarətdir. Standart bölmələrin hər birinin uzunluğu təxminən 217 m, eni 42 m, hündürlüyü 10 m və çəkisi 73 min tondur. Tunel hissələri quruda tikildikdən sonra barjadan istifadə etməklə yerinə üzdürülür, sonra nəhayət suya batırılır və 40 m-ə qədər dərinlikdə dəniz dibinə yerləşdirildikdən sonra üzəri örtülür. 7 milyard avroya başa gələn tunelin 2029-cu ildə tamamlanacağı və 120 il işləyəcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Thomas Edison-un 100 illik texnologiyası, 100%-lik təmiz hidrogenin yaradılmasına təkan verib!
Thomas Edison-un 100 illik texnologiyası, 100%-lik təmiz hidrogenin yaradılmasına təkan verib!
Edison-un texnologiyası, hidrogenin təmizlənməsi prosesi texnologiyasının inkişafında yeni qapılar açıb. Battolyser Systems adlı şirkət, əsrlik ixtiradan bərpa olunan enerji və təmiz hidrogen istehsalında inqilabi yenilik kimi istifadə edib.
Alimlər robotlar üçün insanabənzər dəri hazırlayıblar! (VİDEO)
Alimlər robotlar üçün insanabənzər dəri hazırlayıblar! (VİDEO)
Tokio Universiteti və Harvard Universitetinin alimləri robotlar üçün tamamilə yeni insana bənzər dəri hazırlayıblar. Bu dəri, hətta özünü sağaltmaq qabiliyyətinə də malikdir.
Yaşamaq üçün oksigenə ehtiyacı olmayan ilk canlı kəşf edilib!
Yaşamaq üçün oksigenə ehtiyacı olmayan ilk canlı kəşf edilib!
Tarixdə ilk dəfə yaşamaq üçün oksigenə ehtiyacı olmayan canlı növü kəşf edilib.
Çatlamalara qarşı 17 dəfə daha davamlı olan beton növü ixtira edilib!
Çatlamalara qarşı 17 dəfə daha davamlı olan beton növü ixtira edilib!
Alimlər, təbii materiallardan ilhamlanaraq çatlamalara 17 dəfə daha davamlı olan yeni beton növü hazırlayıblar. Bu innovativ beton, dünyada ən çox yayılmış tikinti materiallarından biri olan sementi daha davamlı və təhlükəsiz etmək məqsədi daşıyır.
MIT tədqiqatçıları, "gələcəkdəki özünüzlə" danışa biləcəyiniz süni intellekt hazırlayıb!
MIT tədqiqatçıları, "gələcəkdəki özünüzlə" danışa biləcəyiniz süni intellekt hazırlayıb!
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları, istifadəçilər üçün gələcək şəxsiyyətləri ilə söhbətləri simulyasiya edəcək, narahatlığı azaltmağa və motivasiyanı artırmağa kömək edəcək süni intellekt chatbot hazırlayıblar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ