main-post-cover

    Ekran üzərində çıxıntıya sahib daha bir Nokia: Nokia 5.1 Plus'ın texniki özəllikləri ortaya çıxdı

    Elm & Texnologiya
    20.06.2018
    Emil Nəcəfov
        Nokia 5.1 Plus modeli Çinin TENAA komissiyasında sertifikatlaşdırmadan keçib. Beləliklə smartfon barəsində bir sıra məlumatlar məlum olub. Çox güman ki, Nokia-nın ekran üzərində çıxıntıya sahib ikinci smartfonunun təqdimatı yaxın zamanda baş tutacaq. Beləliklə ortaya çıxmış məlumatlardan məlum olub ki, yeni model arxa panel tərəfdən şüşə örtüyə sahib olacaq. Həmçinin arxa paneldə ikili arxa kamera və barmaq izi skanı var.
        Lakin qeyd etmək lazımdır ki, sözügedən modeldə kameralar Carl Zeiss şirkətinin kameraları deyil. Smartfon 5.86 inç HD+ ekran, 2.0 GHz tezlikdə çalışan prosessor ilə təchiz olunacaq. Güman etmək olar ki, bu, MediaTek, Helio P və ya Qualcomm Snapdragon 600 seriyasından prosessor olacaq. Həmçinin smartfon 3/4/6 GB RAM, 32/64 GB daxili yaddaş (microSD dəstəkli), 13 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər