main-post-cover

    Exynos 2500 prosessoru Snapdragon 8 Gen 4-dən daha az enerji sərfiyyatına sahib olacaq

    Elm & Texnologiya
    19.04.2024
    Farid Pardashunas
         PhoneArena saytı öz mənbələrinə istinadən Qualcomm Samsung şirkətlərinin növbəti flaqman prosessorları barəsində maraqlı bir məlumatı çatdırıb. Söhbət, Snapdragon 8 Gen 4Exynos 2500 prosessorlarından gedir. Verilmiş məlumata əsasən Snapdragon 8 Gen 4-dən fərqli olaraq Exynos 2500 enerji sərfiyyatı mövzusunda daha effektivli prosessor olacaq. Məlumatda qeyd edilib ki, Exynos 2500 prosessoru Samsung-un 2-ci nəsil 3 nanometrlik texnoloji prosesi vasitəsilə, Snapdragon 8 Gen 4 prosessoru isə TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanır.
         Prosessorlar 3 nanometrlik texnoloji proses əsasında hazırlansalar da, onların arasında arxitektura fərqi olacaq. Məlumata əsasən Exynos 2500-də Gate-All-Around tranzistorlarından istifadə ediləcək. Bu tranzistorlar isə Qualcomm prosessorlarında istifadə edilən FinFET tranzistorları ilə müqayisədə cərəyan sızmasını daha yaxşı məhdudlaşdıra bilirlər. Bu isə Exynos 2500-ın enerji sərfiyyatını daha aşağı səviyyədə saxlamalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung smartfonlarının ekranlarında yaşıl zolaq problemi yaşanır
    samsung-smartfonlarinin-ekranlarinda-yasil-zolaq-problemi-yasanir
    Snapdragon 8 Gen 4 prosessoru smartfonların daha böyük həcmli batareyalar əldə etmələrinə səbəb ola bilər
    snapdragon-8-gen-4-prosessoru-smartfonlarin-daha-boyuk-hecmli-batareyalar-elde-etmelerine-sebeb-ola-biler
    OneUI 7.0-ı əldə edəcək Samsung cihazlarının siyahısı təqdim edilib
    oneui-70-i-elde-edecek-samsung-cihazlarinin-siyahisi-teqdim-edilib
    Samsung C55 5G smartfonu Geekbench testlərindən keçib
    samsung-c55-5g-smartfonu-geekbench-testlerinden-kecib
    Samsung Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqları süni zəka funksiyalarını əldə edəcəklər
    samsung-galaxy-buds-3-ve-buds-3-pro-naqilsiz-qulaqliqlari-suni-zeka-funksiyalarini-elde-edecekler