Gələcəkdə Süd Yolu və Andromeda qalaktikaları toqquşacaqmı?
Elm & Texnologiya
26.08.2024
Farid Pardashunas
Astronomlar, çoxdan düşünürdülər ki, bizim öz qalaktikamız olan Süd Yolu, bir neçə milyard ildən sonra qonşu Andromeda qalaktikası ilə toqquşacaq. Yeni araşdırma isə bu fikirlə razılaşmır.
Astronomlar uzun müddətdir ki, Süd Yolu qalaktikasının təxminən 5 milyard ildən sonra qonşusu Andromeda qalaktikası ilə birləşməsinin qaçılmaz olduğunu düşünürdülər. Ancaq yeni bir simulyasiya onu göstərir ki, bu toqquşmanın baş vermə ehtimalı ən azı növbəti 10 milyard il ərzində bir qəpiyi havaya atdıqda hansı üzünə düşücəyini bilməyimiz qədər qeyri-müəyyəndir. Andromeda qalaktikası (və ya Messier 31), Yerdən təxminən 2.5 milyon işıq ili uzaqlıqda yerləşən ən yaxın böyük qalaktikadır. Andromeda-nın hərəkətini və işığını öyrənən astronomlar, ilk dəfə 1912-ci ildə bu qalaktikanın Süd Yolu ilə toqquşma marşrutunda olduğunu proqnozlaşdırmışdılar. Andromeda, Süd Yoluna saniyədə 110 kilometr sürətlə yaxınlaşır. Sonrakı araşdırmalar bu 2 qalaktikanın toqquşaraq vahid elliptik qalaktikaya çevriləcəyini və bu qalaktikanın "Milkomeda" olaraq adlandırıldığını irəli sürmüşdü.
Lakin Helsinki Universitetinin astronomu Till Sawala-nın rəhbərlik etdiyi yeni araşdırma, bu toqquşmanın dəqiq olmadığını göstərir. Halbuki bu cür birləşmələr 6-10 milyard il əvvəl adi bir hadisə idi. Sawala və komandası, Gaia və Hubble kosmik teleskoplarının son müşahidələrindən istifadə edərək Yerli Qrupun (Süd Yolu və Andromeda, eləcə də bir sıra digər qalaktikaları ehtiva edən qrup) təkamülünü simulyasiya ediblər. Bu simulyasiyalar, xüsusən də yaxınlıqdakı kiçik qalaktikaların qravitasiya təsirlərini tam hesaba aldıqda 10 milyard il ərzində 2 qalaktikanın toqquşması ehtimalını 50%-ə qədər azaldır. Simulyasiyalarda Triangulum qalaktikası (M33) kimi digər böyük qalaktikalar nəzərə alındıqda birləşmə ehtimalı artıb. Lakin Böyük Magellan Buludunun orbiti daxil edildikdə, toqquşma ehtimalı azalıb. Əgər toqquşma baş verməsə, qalaktikaların bir-birindən böyük məsafədən keçəcəyi proqnozlaşdırılır. Hətta bu halda qalaktikaların xarici bölgələrinin kosmosa sovrulması ehtimalı var.
Araşdırmalara görə, toqquşmanın baş vermə ehtimalı hələ də 50% olaraq qiymətləndirilir və bu, nəzərə alınacaq bir ehtimal deyil. Bu toqquşma baş versə, Günəş sistemimiz yeni birləşmiş qalaktikanın xarici qollarından birinə atıla bilər. Toqquşma böyük ölçüdə boşluqlarla dolu olan qalaktikalar arasında nisbətən az xaos yaratsa da, bunun yeni ulduzların əmələ gəlməsinə təkan verəcəyi bildirilir. Digər tərəfdən, bu birləşmənin bəşəriyyət üçün o qədər də əhəmiyyəti yoxdur. Çünki o vaxta qədər Yer üzündə mövcud olan insanlıq artıq yox olacaq. Çünki Günəş təxminən 5 milyard ildən sonra əsas yanacağının tükənməsi səbəbindən qırmızı nəhəngə çevriləcək və indiki vəziyyətindən xeyli böyük olacaq. O qədər ki, Günəşin qırmızı rəngdəki nəhəng vəziyyətinin Yeri udacağı proqnozlaşdırılır.
Linki kopyala
elmi xeber
andromeda
Scientific news
space news
andromeda qalaktikası
cosmos
milkomeda
milkomeda qalaktikası
milky way
sud yolu qalaktikasi
science
science news
elmi xeberler
sud yolu
cosmic news
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər, tullantılar üçün özünü məhv edə bilən canlı plastik adlı bioloji həll yolu tapıblar!
Alimlər, tullantılar üçün özünü məhv edə bilən canlı plastik adlı bioloji həll yolu tapıblar!
Alimlər, plastik çirklənməyə qarşı yeni həll yolu hazırlayıblar. Canlı plastik adlanan bu maddə, ətraf mühitə zərər vermədən özü-özünü məhv edə bilir.
Alimlər, bir ulduzun qara dəliyə düşərkən nələr baş verəcəyini görmək üçün simulyasiya hazırlayıblar! (VİDEO)
Alimlər, bir ulduzun qara dəliyə düşərkən nələr baş verəcəyini görmək üçün simulyasiya hazırlayıblar! (VİDEO)
Qara dəliklər kainatın ən sirli hadisələrindən biri olmaqda davam edir. Bəs bir ulduz qara dəliyə düşərsə nə baş verər? Alimlər, baş verə biləcək hadisələri video vasitəsilə paylaşıblar.
Dünyanın ən sürətli mikroskopu hazırlanıb!
Dünyanın ən sürətli mikroskopu hazırlanıb!
Arizona Universitetindən professor Mohammed Hassan, elektronların hərəkətini saniyədə 2200 km sürətlə müşahidə etməyə imkan verən və vaxtı demək olar ki, donduran dünyanın ən sürətli mikroskopunu hazırlayıb.
Superkütləli qara dəliklərin qalaktikalara necə təsir etdikləri aşkar edilib!
Superkütləli qara dəliklərin qalaktikalara necə təsir etdikləri aşkar edilib!
Qara dəliklər, kainatın ən sirli obyektlərindən biri olmaqda davam edir. Superkütləli qara dəliklər üzərində aparılan son tədqiqatlar, qalaktikalar haqqında dərin məlumatları ortaya qoyur.
Məktəb mühitində ilk dəfə nüvə sintezi reaktoru hazırlanıb!
Məktəb mühitində ilk dəfə nüvə sintezi reaktoru hazırlanıb!
17 yaşlı bir tələbə, Genişləndirilmiş Layihə Kvalifikasiyası (EPQ) çərçivəsində məktəbdə hazırladığı kiçik nüvə sintezi reaktoru ilə plazma istehsal etməyi bacarıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ