İnsan bədəninin özünü bərpa edə bilməyən qığırdaqlarını müalicə edə bilən biomaterial hazırlanıb!
Elm & Texnologiya
12.08.2024
Farid Pardashunas
Tədqiqatçılar tərəfindən hazırlanmış yeni biomaterial, oynaqlarda zədələnmiş qığırdaqları müalicə edə bilər.
Uzun illərdir ki, hialin qığırdaqlarının bərpası üzərində işləyən ABŞ-ın Şimal-Qərb Universitetinin rəhbərlik etdiyi bir qrup, nəhayət ki, irəliləyiş əldə etməyi bacarıb. Belə ki, tədqiqatçılar, diri qoyunların zədələnmiş qığırdaqlarına yeridilən və aktiv oynaqlarda qığırdaqların yenidən böyüməsini stimullaşdıran biomaterial hazırlayıblar. Bu biomaterial, zədələnmiş sahəyə yeridilir, iskele rolunu oynayır və qığırdaqların bərpasına şərait yaradır. Qığırdaq toxumasının pozulması, bütün dünyada böyük bir sağlamlıq probleminə çevrilmişdir. Tədqiqatlar onu göstərir ki, hər il dünyada milyonlarla diz dəyişdirmə əməliyyatı həyata keçirilir. Bu əməliyyatların əksəriyyəti qığırdaq problemlərinə görə edilir. Hal-hazırda istifadə edilən müalicə üsulları, səhv tip qığırdaq əmələ gətirmə, sərt və lifli fibro qığırdaq yaratmaq kimi problemlərə səbəb ola bilər.
Kimyaçı Samuel Stupp və onun Şimal-Qərb Universitetindən olan komandası, bu problemləri həll edə biləcək biomaterial hazırlayıb. 2 komponentdən ibarət olan bu biomaterial, qığırdaq hüceyrələrinin çoxalmasını təmin edir. Bu komponentlərdən birincisi sümük və qığırdaq böyüməsini tənzimləyən TGF-beta-1 zülalına bağlanan peptid molekulu, ikinci komponenti isə oynaqlarda və qığırdaqda olan hialuron turşusu adlı maddədir. Tədqiqatçılar, bu hibrid materialı mayeyə çevirərək qoyunların arxa diz oynaqlarındakı qüsurlu qığırdaqlara yeridiblər. Nəticələr isə onu göstərib ki, yeni biomaterial, qığırdaq regenerasiyasında əhəmiyyətli potensiala malikdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tədqiqatçılar, saç telinin on mində birini təsvir edə bilən mikroskop hazırlayıblar!
Tədqiqatçılar, saç telinin on mində birini təsvir edə bilən mikroskop hazırlayıblar!
Almaniyanın Göttingen Universiteti və İngiltərənin Oksford Universitetinin tədqiqat qrupu, Göttingen Universitetinin Tibb Mərkəzi ilə əməkdaşlıq edərək 5 nanometr ayırdetmə qabiliyyətinə malik mikroskop hazırlamağa müvəffəq olub.
Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
Oksford Universitetinin alimləri, hazırladıqları yeni materialla demək olar ki, istənilən məhsulu günəş panelinə çevirə bilir. Bu yenilik sayəsində günəş fermalarına ehtiyac azala bilər.
Parazit genləri sındırıldı: Dərmanların beyinə çatdırılmasında yeni dövr başlayır!
Parazit genləri sındırıldı: Dərmanların beyinə çatdırılmasında yeni dövr başlayır!
Tədqiqatçılar, pişik qumunda tapılan paraziti sındırmaqla Rett sindromunun yeni həll yolunu tapmış ola bilərlər. Dərmanların beyinə çatdırılmasında yeni bir dövrün başlanğıcını qoya biləcək tədqiqatın təfərrüatları bunlardır:
Alimlər, içməli sudan mikroplastikləri təmizləməyin çox asan yolunu kəşf ediblər!
Alimlər, içməli sudan mikroplastikləri təmizləməyin çox asan yolunu kəşf ediblər!
Alimlər, içdiyimiz sudan mikroplastikləri çıxarmaq üçün effektiv və sadə üsul kəşf ediblər.
Kvant texnologiyası, süni intellekt kimi, inqilabi inkişaf yaşaya bilər!
Kvant texnologiyası, süni intellekt kimi, inqilabi inkişaf yaşaya bilər!
Süni intellektdə oxşar sürətli inkişaf kvant texnologiyalarında da yaşana bilər. Bu sahədə əhəmiyyətli şirkətlərdən biri olan Riverlane, kvant xəta problemlərini aradan qaldırmağı hədəfləyir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!