İnsan beyni düşünüldüyündən 10 dəfə daha çox məlumatı özündə saxlaya bilər
Elm & Texnologiya
06.06.2024
Emil Nəcəfov
Uzun müddət ərzində hesab edilirdi ki, neyronlar arasında məlumatların ötürülməsini təmin edən sinapslar ölçü və güc baxımından məhduddurlar. Məhz buna görə də insan beyni məhdud yaddaş həcminə sahibdir. Son illərdə aaparılmış araşdırmalar bu fərziyyəyə şübhə ilə yanaşmağa imkan verdilər. Amerikalı alimlərin yeni araşdırmalarına əsasən isə insan beyni daha öncə düşünüldüyündən daha çox məlumatı özündə saxlaya bilər. Beynin yaddaş həcmi barəsində olan yeni nəticələr siçanlar misalında neyronlar arasındakı əlaqə gücünün qiymətləndirilməsinə dair yüksək dəqiqliyə sahib üsul vasitəsilə əldə edilib. Məlumdur ki, sinapslar yaddaş və öyrənmə bacarığının əsasını təşkil edirlər.
Belə ki, beyin hüceyrələri məhz sinapslar vasitəsilə bir-biriləri ilə əlaqə qururlar. Alimlər sinapsların nə dərəcədə gücləndiklərini və zəiflədiklərini müşahidə ediblər. Nəticədə məlum olub ki, onlar özlərində 10 dəfə daha çox məlumatı saxlaya bilirlər. Siçanların beyinlərinin hipokampus hissəsindəki sinapsların analizlərinə əsasən onlar özlərində 4.1 bit-dən 4.6 bit-ə qədər məlumatı saxlaya bilirlər. Neyrobioloqlar daha öncə də güman edirdilər ki, sinapslar 1 bit-dən daha çox məlumata sahib ola bilərlər. Aparılmış yeni araşdırma isə onların bu fərziyyələrini təsdiqləyir. İnsan beynində 100 trilyondan çox sinaps mövcuddur. Onlar neyronların aktivliklərindən asılı olaraq güclənir və ya zəifləyirlər. Bu hal sinaptik plastiklik adlanır. Qocalma prosesi və demensiya kimi xəstəliyin irəliləməsi fonunda sinapslar daha az plastikliyə sahib olurlar. Bu isə yaddaşa mənfi təsir göstərir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süd Yolu qalaktikasının mərkəzində potensial yeni növ ulduzlar kəşf olunub
Süd Yolu qalaktikasının mərkəzində potensial yeni növ ulduzlar kəşf olunub
Atronomlar Süd Yolu qalaktikasının mərkəzindən 1 işıq ili radiusunda potensial yeni növ ulduzları kəşf etmiş ola bilərlər. Məlumata əsasən potensial olaraq kəşf edilmiş yeni növ ulduzlar sirli qaranlıq materiya hissəciklərinin məhv olmaları hesabına mövcuddurlar.
Süd Yolu qalaktikasında hər il hansı sayda ulduz ölür?
Süd Yolu qalaktikasında hər il hansı sayda ulduz ölür?
Gecə səmaya nəzər yetirsək, qədim insanların minlərlə və hətta on minlərlə il bundan öncə görmüş olduqları ulduzları görəcəyik. Lakin kosmos dəyişir. Yeni ulduzlar formalaşdıqca daha köhnələri öz fəaliyyətlərini yekunlaşdırırlar.
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Yer kürəsi insan həyatının bütün sahələrini əhatə edəcək iqlim böhranı ilə qarşı-qarşıyadır. Son məlumatlara əsasən keçən il insanlıq tarixinin ən isti ili kimi qeyd edilib.
Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
Demək olar 170 il bundan öncə ilk plastik material hazırlanmışdı. 1970-ci illərdə isə alimlər artıq mikroplastik barəsində danışmağa başladılar. 2004-cü ildə mikroplastik hissəciklər Britaniyanın sahillərində aşkar ediləndən sonra bu termin geniş şəkildə tanınmağa başladı.
İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
Avstraliyanın Monaş Universitetinin mütəxəssisləri bütün dünyada istilik dalğalarının səbəb olduqları ölümlərin qlobal xəritəçəkməsi üzrə ilk tədqiqatı aparıblar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!