main-post-cover

    Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb

    Elm & Texnologiya
    15.04.2024
    Farid Pardashunas
         Space Solar şirkəti kosmosda yerləşdirilməsi planlaşdırılan CASSIOPeiA adlı Günəş elektrostansiyası vasitəsilə 2030-cu ilə qədər milyonlarla evi elektrik enerjisi ilə təmin etməyi hədəfləyib. Bunun üçün şirkət mühəndisləri Günəş elektrostansiyasının kiçik ölçülü prototipini hazırlayıblar. Məlumata əsasən kosmosda yerləşəcək bu cür Günəş elektrostansiyası özündə 1600 metrlik enə sahib Günəş panelləri ilə güzgüləri birləşdirəcək. Onun Yer kürəsi səthindən 30 000 km yüksəklikdə quraşdırılması planlaşdırılır. Mütəxəssislərin hesablamalarına əsasən sözügedən kosmik Günəş elektrostansiyasının inşası üçün çoxlu sayda raket uçuş missiyası və inşa prosesində iştirak edəcək robotlar lazım olacaq.
         Bununla yanaşı elektrik enerjisinin daimi şəkildə təmin olunması üçün elektrostansiya mütəmadi olaraq Günəşə tərəf istiqamətlənməlidir. Məlumata əsasən Günəş panelləri Yer səthindən fərqli olaraq kosmosda 13 dəfə daha çox Günəş enerjisi qəbul edə bilirlər. Belə ki, Günəş işığı kosmosda daimidir və onun intensivliyi daha yüksəkdir. Elektrostansiya Günəş enerjisini yığaraq onu Yer səthindəki konkret qəbulediciyə göndərəcək. CASSIOPeiA-nın kiçik ölçülü prototipinin laboratoriya şəraitində testi çərçivəsində mütəxəssislər laboratoriyadan ötürülmüş naqilsiz şüa vasitəsilə işığı yandıra biliblər.
         Hal-hazırda Space Solar komandası elektrostansiya hissələrinin kosmosa çatdırılması mövzusunda SpaceX şirkəti ilə danışıqlar aparır. Hesablamalara əsasən elektrostansiyanın bütün hissələrinin kosmosa çatdırılması üçün 68 uçuş missiyası reallaşdırmaq lazım gələcək. Yerinə yetirilməsi lazım olan digər bir vacib məqam isə ondan ibarətdir ki, mütəxəssislər ictimaiyyəti kosmosdan Yer kürəsinə ötürülən şüaların təhlükəsizlik olduqlarına əmin etməlidirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Deep South adlı superkompüter insan beynini 2000 dəfə üstələyir
    deep-south-adli-superkomputer-insan-beynini-2000-defe-usteleyir
    Dünyanın ən güclü MRT aparatı ilk beyin fotolarını çəkib (VİDEO)
    dunyanin-en-guclu-mrt-aparati-ilk-beyin-fotolarini-cekib-video
    Səudiyyə Ərəbistanı yarımkeçirilər sahəsində lider ölkə olmağa hədəflənib
    seudiyye-erebistani-yarimkeciriler-sahesinde-lider-olke-olmaga-hedeflenib
    Wi-Fi siqnalı maksimal uzaq məsafəyə ötürülüb (VİDEO)
    wi-fi-siqnali-maksimal-uzaq-mesafeye-oturulub-video
    Yaponiyada disketlər kimi köhnə məlumat daşıyıcılarından imtina ediləcək
    yaponiyada-disketler-kimi-kohne-melumat-dasiyicilarindan-imtina-edilecek