main-post-cover

    Kosmosda uzun müddət ərzində qalma qocalma prosesini sürətləndirir

    Elm & Texnologiya
    19.11.2024
    Emil Nəcəfov
         Mütəxəssislərin aparmış olduqları yeni araşdırmaya əsasən çəkisizlik şəraitində olmaq genom stabilliyinə, mitoxondrial funksiyaya və iltihab prosesləri səviyyəsinə təsir göstərərək qocalma prosesini sürətləndirir. Alimlər təyin ediblər ki, kosmosda uzun müddət ərzində qalma əzələ atrofiyası ilə bağlı olan genlərin ekspressiyasında (genlərin ekspressiyası irsi məlumatın genlərin funksional məhsulları olan RNT və ya zülal formasında reallaşması (sintezi) prosesidir) ciddi dəyişikliklərə səbəb olur.
         Bu isə öz növbəsində kosmik mühitin təsirinin iltihab proseslərinə yol açmasını və orqanizmin yaşının dəyişməsini təsdiqləyir. “Biz, yaş artımı proseslərinə bənzər iltihablar və əzələ kütləsinin itirilməsi ilə əlaqəli olan dəyişiklikləri təyin etmişik. Bunlar həm insanlarda hə də heyvanlarda müşahidə edilir” - deyə mütəxəssislər qeyd ediblər. Aparılmış araşdırma çərçivəsində mütəxəssislər həmçinin Yer kürəsində insanlarda gedən qocalma prosesi ilə astronavtların orqanizmlərindəki dəyişikliklər arasındakı oxşarlığı da təyin ediblər.
         Yer kürəsində insanlarda yaş artımı səbəbilə baş verən dəyişikliklər kosmik missiya iştirakçılarında da müşahidə edilə bilər. “Bizim aparmış olduğumuz tədqiqat onu göstərir ki, kosmik uçuş zəifliyin inkişaf riskini artıraraq qocalma prosesini sürətləndirir” - deyə mütəxəssislər qeyd ediblər. Aparılmış tədqiqat gələcək kosmik missiyaların planlaşdırılması üçün vacib əhəmiyyət kəsb edir. Belə ki, bu tədqiqat astronavtların sağlamlıqlarının monitorinqi üçün zəiflik indeksinin tərtib edilməsinin vacibliyini ortaya qoyur. Bu cür sistem yaş artımı və çəkisizliyin təsiri ilə bağlı olan risklərin izlənməsinə imkan verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    "Birinci toyuq yaranıb, yoxsa yumurta?" sualının cavabı tapılıb!
    birinci-yumurta-yaranib-yoxsa-toyuq-sualinin-cavabi-tapilib
    Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!
    alimler-ilk-defe-olaraq-kvant-tunelleme-vasitesile-atom-oturulmesini-heyata-kecire-bilibler
    Alimlər duzlu sudan saf litium əldə edə biliblər!
    alimler-duzlu-sudan-saf-litium-elde-ede-bilibler
    Yeni tədqiqat sayəsində bədəndəki hüceyrələrdə yaddaş izləri aşkar edilib!
    yeni-tedqiqat-sayesinde-bedendeki-huceyrelerde-yaddas-izleri-askar-edilib
    Elm adamları 6G-nin kişilərin reproduktiv sağlamlığına zərər verə biləcəyini aşkar ediblər!
    elm-adamlari-6g-nin-kisilerin-reproduktiv-saglamligina-zerer-vere-bileceyini-askar-edibler