main-post-cover

    Kosmosdan gələn sirli FRB siqnallarının mənbəyi aşkarlanmış ola bilər!

    Elm & Texnologiya
    07.11.2024
    Farid Pardashunas

         Kainatın müxtəlif guşələrindən gələn sirli sürətli radio partlayışlarının mənbəyi nəhayət tapılmış ola bilər.

         Kainatın müxtəlif guşələrindən gələn və bu günə qədər mənbəyi bilinməyən bəzi sirli siqnallar var. Bu siqnallara FRB və ya sürətli radio partlayışları deyilir. Bu siqnallar çox güclü olsalar da, çox qısa müddət davam edirlər. Bu siqnallar ilk dəfə aşkar edildiyindən bəri alimlər FRB-lərin sirrini həll etməyə çalışırlar. Kaliforniya Texnologiya İnstitutundan Kritti Sharma və komandası da bu məqsədlə çalışan alimlər arasında idi. Komanda, FRB-lərin gənc ulduzlarla dolu böyük qalaktikalardan daha çox gəldiyini aşkar edib. Bu isə alimləri, "Maqnetar" adlanan xüsusi bir neytron ulduzunun FRB-lərə səbəb ola biləcəyi fikrinə gətirib çıxarıb. Maqnetarların ulduz nüvələri çox güclü maqnit sahələrinə malikdir və bəzən səthlərində yaranan "zəlzələlər" güclü radio siqnalları yayır.
         Alimlər FRB-lərin yaranması ilə bağlı ipucları axtarsalar da, maqnetarların necə meydana gəldiyi də hələ bilinmir. Gənc ulduzlar adətən böyük olur və ömürləri qısadır. Ömürlərini başa vurduqda isə supernova partlayışı ilə maqnetarlara çevrilirlər. Digər tərəfdən, hər FRB-nin quruluşu eyni deyil ki, bu da maqnetarların yaranma yollarının müxtəlif ola biləcəyini göstərir.
         Tədqiqatçılar maqnetarların 2 ulduzun birləşməsi nəticəsində də meydana gələ biləcəyini iddia edirlər. Bu da FRB-lərin müşahidə olunduğu qalaktikalar üçün uyğun bir izah kimi görünür və FRB-lərin maqnetarlarla əlaqəli olduğu fikrini gücləndirir. Yenə də bu məsələ ilə bağlı daha çox araşdırma aparılması lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Erkən kainatın ən sürətli şəkildə böyüyən qara dəliyi kəşf edilib!
    erken-kainatin-en-suretli-sekilde-boyuyen-qara-deliyi-kesf-edilib
    Dünyanın ilk “taxta” peyki kosmosa buraxılıb!
    dunyanin-ilk-taxta-peyki-kosmosa-buraxilib
    Okeanın dibində "qaranlıq oksigen" aşkar edilib!
    okeanin-dibinde-qaranliq-oksigen-askar-edilib
    Tədqiqatçılar okeanın dibində qeyri-adi bir kərpic yol kəşf ediblər! (VİDEO)
    tedqiqatcilar-okeanin-dibinde-qeyri-adi-bir-kerpic-yol-kesf-edibler-video
    NASA, yerdən 24.3 milyard kilometr uzaqlıqdakı Voyager 1-dən mesaj alıb!
    nasa-yerden-243-milyard-kilometr-uzaqliqdaki-voyager-1-den-mesaj-alib