main-post-cover

    Kosmosun qoxusu nəyə bənzəyir?

    Elm & Texnologiya
    18.09.2024
    Farid Pardashunas

         “Kosmosun qoxusu nəyə bənzəyir?” sualı uzun illərdir maraq doğurur. Sual bir neçə dəfə və müxtəlif astronavtların şərhləri ilə müzakirə olunan mövzuya çevrilib. Ancaq bir müddətdir Beynəlxalq Kosmik Stansiyada qapalı qalan 2 astronavt bu məsələ ilə bağlı aktual şərhlərini paylaşıb.

         Beynəlxalq Kosmik Stansiyada (ISS) gözlənilmədən uzun müddət qalan 2 amerikalı astronavt Suni WilliamsButch Wilmore, kosmosun sirli dünyası haqqında maraqlı təfərrüatlar paylaşıblar. Boeing Starliner kosmik gəmisinin təhlükəsizliyilə bağlı geri dönüşləri 2025-ci ilə qədər təxirə salınan astronavtlar, hazırda 6 otaqlı ev ölçüsündə bir məkanda 9 nəfərlə birlikdə yaşayırlar.
         Astronavtların açıqlamalarına görə, kosmosun özünəməxsus bir qoxusu var. Kanadalı astronavt Chris Hadfield, kosmosda gəzinti zamanı hiss etdiyi bu qoxunu “təbii olmayan və oyadıcı” olaraq təsvir edir. Britaniyalı astronavt Helen Sharman isə kosmosda tək bir qoxunun üstünlük təşkil etdiyini və buna tez alışdıqlarını bildirir. Bu maraqlı kosmos qoxusunun mənbəyi kosmosdakı güclü radiasiyadan qaynaqlanır. Sharman-ın sözlərinə görə, radiasiya skafandr və ya elmi avadanlıq kimi çıxıntılı obyektlərin səthində sərbəst radikallar yaradır. Bu radikallar, stansiyanın daxilindəki oksigenlə reaksiyaya girərək metal və kükürd qoxusunu yaradır.
         Sözügedən astronavtlar etiraf edirlər ki, Yerə qayıtdıqdan sonra hissiyyat təcrübələrinə daha çox dəyər verirlər. Sharman deyir: “Kosmosda hava yoxdur – üzünüzdə yağış və ya saçlarınızda küləyi hiss etmirsiniz və sadəcə bir qoxunu duyursunuz. İndi bu təcrübələrə çox daha çox önəm verirəm!”. ISS-də həyat fəaliyyəti, astronavtların uyğunlaşma qabiliyyətini yoxlayır. Onların gündəlik iş rejimi elmi təcrübələr, idman və özünə qulluqdan ibarətdir. 8 günlük missiya üçün kosmosa gedən astronavtlar, düz 8 aydır ki, qapalı qalıblar. Əgər hər şey yolunda gedərsə, onlar sentyabrın 25-də dünyaya qayıdacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yer kürəsinin "yaşamaq üçün əlverişli bir planet" olduğu təsdiqlənib!
    yer-kuresinin-yasamaq-ucun-elverisli-bir-planet-oldugu-tesdiqlenib
    Yeni araşdırmalara görə, Yer kürəsi bir vaxtlar Saturn planeti kimi görünmüş ola bilər!
    yeri-arasdirmalara-gore-yer-kuresi-bir-vaxtlar-saturn-planeti-kimi-gorunmus-ola-biler
    Tarixdə ilk dəfə olaraq, kosmosda 3D printerlə metal parçası istehsal edilib!
    tarixde-ilk-defe-olaraq-kosmosda-3d-printerle-metal-parcasi-istehsal-edilib
    Yaponiya ilk dəfə Ayda sənət əsəri nümayiş etdirəcək!
    yaponiya-ilk-defe-ayda-senet-eserini-numayis-etdirecek
    NASA, Yupiterin peykində nəhəng vulkan kəşf edib!
    nasa-yupiterin-peykinde-neheng-vulkan-kesf-edib