Marsın dərinliklərində maye şəklində böyük həcmdə su kəşf edilib
Elm & Texnologiya
13.08.2024
Emil Nəcəfov
Alimlər Mars səthində InSight adlı aparat vasitəsilə 2018-ci ildən 2022-ci ilə qədər əldə edilmiş məlumatları yenidən analiz edərək yeni kəşfə imza atıblar. Belə ki, məlum olub ki, Marsın dərinliklərində maye şəklində böyük həcmdə suya sahib çatlar mövcuddur. Alimlər hətta güman edirlər ki, Marsın dərinliklərində həyat növü də mövcud ola bilər. Son illərdə aparılmış müxtəlif araşdırmalara əsasən Mars milyardlarla il bundan öncə isti planet olub və o öz səthində suya sahib olub.
Təqribi olaraq 3 milyard il bundan öncə Mars öz atmosferini itirib və onun səthindəki su tamamilə yoxa çıxıb. Suyun bir hissəsi planetin qütb sahələrində buza çavrilib. Lakin Mars qütblərdəki buzlardan daha çox suya sahib olub. Bu isə o deməkdir ki, suyun digər hissəsi hardasa yığılıb qalıb. Bəzi alimlər fikirləşirlər ki, suyun yerdə qalan hissəsi sadəcə olaraq buxarlanıb, bəziləri isə hesab edirlər ki, planetin dərinliklərinə axıb. Marsın daxilini analiz etməklə məşğul olmuş InSight aparatı tərəfindən əldə edilmiş məlumatların yeni analizi onu göstərib ki, su həqiqətən də uzaq keçmişdə planetin dərinliklərinə axaraq oradakı çatlarda yığılıb.
Alimlərin hesablamalarına əsasən maye şəklində su Mars səthindən 11.5-20 km dərinlikdə yerləşir. Bundan əlavə olaraq aparılmış tədqiqata əsasən Marsın dərinliklərində mövcud olan su, planet səthinin 1.6 km hündürlüyünü əhatə edə bilər. Alimlər hesab edirlər ki, Marsın dərinliklərində olan suyun miqdarı planetin uzaq keçmişində sahib olmuş okeanlardakı suyun miqdarından daha çoxdur. Qeyd etmək lazımdır ki, Yer kürəsində su planetin səthindən dərinliklərə axa bilir. Çox güman ki, uzaq keçmişdə Marsda da eyni proses həyata keçib. Alimlər əldə edilmiş məlumatlardan belə qənaətə gəliblər ki, Mars dərinliklərində mikrob həyat növü mövcud ola bilər. Belə ki, planetin dərinliyindəki su və enerji potensial həyat üçün münbit şəraitdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsın uzaq keçmişdəki halına geri qaytarılması üçün yeni üsul təklif edilib
Marsın uzaq keçmişdəki halına geri qaytarılması üçün yeni üsul təklif edilib
Günəş sistemində insanların Yer kürəsindən başqa yaşaya biləcəkləri digər bir planeti seçmək lazım gəlsə Mars bu mövzuda ən yaxşı seçim olar. Hal-hazırda Mars soyuq səhra şəraitinə sahibdir.
Marsda edilmiş yeni kəşf qədim bioloji həyat növünə işarə edir
Marsda edilmiş yeni kəşf qədim bioloji həyat növünə işarə edir
NASA-nın Mars səthində fəaliyyət göstərən Perseverance aparatının idarəsini reallaşdıran komandası Marsda heyrətləndirici kəşfin edildiyini elan edib.
Gələcək Mars uçuşlarında iştirak edəcək insanlar üçün daha bir ciddi problem aşkar edilib
Gələcək Mars uçuşlarında iştirak edəcək insanlar üçün daha bir ciddi problem aşkar edilib
Dyuk Universitetinin tibbi məktəbinin alimləri gələcəkdə Marsa uçacaq insanlar üçün ciddi problemi aşkar ediblər və aşkar edilmiş problemi mütləq şəkildə həll etmək lazımdır.
Marsda yaşaya bilən səhra mamırı tapılıb!
Marsda yaşaya bilən səhra mamırı tapılıb!
Çində aparılan yeni araşdırmaya görə, Yer kürəsində həddindən artıq quraqlığa və soyuğa tab gətirə bilən səhra mamırı, Marsı yaşıl və yaşayış üçün əlverişli planetə çevirməyimizə kömək edə bilər.
Marsda buz kəşf edilib!
Marsda buz kəşf edilib!
Avropa Kosmik Agentliyi, Marsın ekvator bölgəsindəki vulkanının zirvəsində buz qatının aşkar edildiyini açıqlayıb. Ekspertlər, bunun gözlənilməz bir vəziyyət olduğunu bildirirlər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!