MediaTek büdcəli smartfonlar üçün Dimensity 6300 adlı yeni prosessorunu təqdim edib
Elm & Texnologiya
19.04.2024
Farid Pardashunas
MediaTek şirkəti büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Yeni büdcəli prosessor Dimensity 6300 adlanır. Dimensity 6300 prosessoru 6 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Bu prosessor 8 nüvəlidir və onun tərkibində nüvələr “2+6” sxemi üzrə yerləşiblər. Yəni Dimensity 6300 özündə 2.4 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A76 nüvəsini və 2.0 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsini birləşdirir.
Prosessorun qrafik imkanlarından isə Mali G57 MC2 çipi cavabdehdir. Dimensity 6300 LPDDR4x standartlı RAM yaddaşlarını və UFS 2.2 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Üstəlik bu prosessor, 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranların, 108 MP-ə kimi olan kameraların, Wi-Fi 5-in, Bluetooth 5.2-nin dəstəklərinə sahibdir. Dimensity 6300 vasitəsilə çalışacaq ilk smartfonların yaxın zamanda təqdim olunacaqları gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
MediaTek Dimensity 9400 flaqman prosessorunun bəzi texniki imkanları məlum olub
MediaTek Dimensity 9400 flaqman prosessorunun bəzi texniki imkanları məlum olub
MediaTek şirkəti bu il öz yeni flaqman prosessorunu təqdim etməlidir.
MediaTek 2023-cü ilin dördüncü rübündə ən böyük mobil prosessor istehsalçısına çevrilib
MediaTek 2023-cü ilin dördüncü rübündə ən böyük mobil prosessor istehsalçısına çevrilib
Canalys analitik şirkəti keçən ilin dördüncü rübü üzrə mobil prosessorlar bazarının vəziyyəti ilə bağlı hesabatı təqdim edib.
MediaTek real zaman ərzində foto tərtibatını reallaşdıran texnologiyasını sərgiləyib (VİDEO)
MediaTek real zaman ərzində foto tərtibatını reallaşdıran texnologiyasını sərgiləyib (VİDEO)
MediaTek şirkəti MWC 2024 sərgisi çərçivəsində fotoların tərtibatı mövzusunda yeni nəsil texnologiyasını sərgiləyib.
Büdcəli smartfonlar üçün MediaTek Helio G91 prosessoru təqdim edilib
Büdcəli smartfonlar üçün MediaTek Helio G91 prosessoru təqdim edilib
MediaTek şirkəti büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib.
MediaTek Dimensity 9400 flaqman prosessoru yeni nüvə arxitekturasını əldə edəcək
MediaTek Dimensity 9400 flaqman prosessoru yeni nüvə arxitekturasını əldə edəcək
MediaTek şirkətinin bu il təqdim edəcəyi Dimensity 9400 flaqman prosessoru barəsində daha öncə ortaya çıxmış məlumatlarda qeyd edilmişdi ki, şirkət sözügedən prosessorda 4 ədəd Cortex-X nüvəsindən istifadə praktikasını aradan qaldıracaq.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!