Neuralink-in görmə məhdudiyyətli insanlar üçün göz çipi anons edilib
Elm & Texnologiya
27.03.2024
Emil Nəcəfov
Neuralink-in təsisçisi və sahibi olan Elon Musk şirkətin yeni məhsulunu anons edib. Şirkətin yeni məhsulu Blindsight adlanır. Bu, görmə məhdudiyyətli insanlarda görmə qabiliyyətinin bərpa olunmasına hədəflənmiş çipdir. Qeyd etmək lazımdır ki, hələ bir neçə il bundan öncə Musk bildirmişdi ki, Neuralink bu cür fiziki problemlə qarşılaşmış şəxslərdə görmə qabiliyyətinin bərpasını reallaşdıra biləcək. Neuralink artıq yanvar ayında öz beyin çipini ilk pasientinə uğurla implantasiya etdi və həmin şəxs artıq fikir gücü vasitəsilə virtual şahmatın oynanılması kimi məşğuliyyəti rahatlıqla yerinə yetirə bilir.
Bu cür uğurdan sonra Musk-ın anons etmiş olduğu Blindsight adlı yeni çipin imkanlarının reallaşdırılması yaxın gələcəyin işidir. “Bizim, insanlarda hədəfləndiyimiz ilk tətbiqi məqsəd görmə qabiliyyətinin bərpa olunmasıdır. Düşünürəm ki, biz, hətta anadangəlmə görmə məhdudiyyətli insanlarda belə görmə qabiliyyətinin bərpa olunmasını mümkün edə biləcəyik” - deyə Musk qeyd edib. Musk hələ keçən ilin noyabr ayında bildirmişdi ki, Neuralink şirkəti computer vision çipi üzərində çalışır. Lakin onun tam hazır olması üçün bir neçə il vaxt lazım olacaq. Musk həmçinin bildirib ki, Blindsight-ın prototipi artıq meymunlar üzərində test edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Neuralink-in beyin çipini əldə etmiş ilk şəxs artıq fikir gücü vasitəsilə virtual şahmat oynayır (VİDEO)
Neuralink-in beyin çipini əldə etmiş ilk şəxs artıq fikir gücü vasitəsilə virtual şahmat oynayır (VİDEO)
Elon Musk-ın Neuralink şirkəti yanvar ayında öz beyin çipini ilk pasientə implantasiya etdi.
Elon Musk: "2029-cu ilə qədər süni zəka bütün insanlardan ağıllı olacaq"
Elon Musk: "2029-cu ilə qədər süni zəka bütün insanlardan ağıllı olacaq"
Elon Musk süni zəkanın inkişafı ilə bağlı yeni fikirlərini bildirib.
Elon Musk, OpenAI şirkətini məhkəməyə verib
Elon Musk, OpenAI şirkətini məhkəməyə verib
Elon Musk, OpenAI şirkətini qeyri-kommersiya missiyasını pozmasında və özünün ən güclü məhsulu olan GPT-4 adlı böyük dil modeli barəsində məlumatları açıq mənbə şəklində bölüşməməkdə günahlandıraraq şirkəti məhkəməyə verib.
Elon Musk haqlı idi: Cybertruck həqiqətən də suda batmır! - VİDEO
Elon Musk haqlı idi: Cybertruck həqiqətən də suda batmır! - VİDEO
Teslanın ikonik pikap maşını olan Cybertruck, polad korpusu və qeyri-adi dizaynı ilə yanaşı, maraqlı xüsusiyyətləri ilə də populyarlaşmağa davam edir. Avtomobil ilk dəfə təqdim ediləndə Elon Musk iddia edirdi ki, Cybertruck qayıq kimi xidmət edəcək qədər suya davamlıdır və çayları, gölləri, hətta dalğalı olmayan dənizləri də keçə bilir. Nəhayət, bir istifadəçi pikap maşınının dərin sulardan keçmə qabiliyyətini sınaqdan keçirdə bilib.
Neuralink-in beyin çipini əldə etmiş ilk pasient fikir gücü vasitəsilə mouse işarəsini idarə etməyi öyrənib
Neuralink-in beyin çipini əldə etmiş ilk pasient fikir gücü vasitəsilə mouse işarəsini idarə etməyi öyrənib
Keçən ay Elon Musk elan etdi ki, onun Neuralink şirkəti öz beyin çipini uğurlu şəkildə insan beyninə implantasiya edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!