NVIDIA CEO-su: "İnsana bənzər robotlar avtomobillər kimi kütləvi məhsula çevriləcəklər"
Elm & Texnologiya
23.04.2024
Farid Pardashunas
NVIDIA şirkətinin CEO-su Jensen Huang-ın fikrincə insana bənzər reobotlar yaxın gələcəkdə müxtəlif sahələrdə inqilab yaradaraq kütləvi məhsula çevriləcəklər. Huang-ın sözlərinə əsasən insana bənzər robotların istehsalat xərcləri düşünüldüyündən daha aşağı olacaq. O bildirib ki, bu cür robotun istehsalat xərci ucuz avtomobilin satış qiyməti ilə eyni səviyyədə olacaq. Huang hesab edir ki, yaxın gələcəkdə insana bənzər robotların satış qiymətləri 10 000-20 000$ təşkil edəcək. Bu isə öz növbəsində onları istehlakçılar üçün əlçatan edəcək.
Avtomobil sahəsi ilə müqayisə zamanı Huang xüsusi olaraq müəyyən istifadə ssenarilərində və sahələrdə robotların universal olmaları vacibliyini qeyd edib. O düşünür ki, bu cür robotlar təhlükəli, təkrarlanan və ya rutin tapşırıqları yerinə yetirərək iş yerlərində effektivliyi və təhlükəsizlik səviyyəsini yüksəldə bilərlər. Qeyd etmək lazımdır ki, Elon Musk hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, Tesla-nın hazırladığı Optimus adlı robotun maya dəyəri Tesla elektromobilinin istehsal xərcinin yarısına bərabərdir. Musk-ın fikrincə Optimus-un ilkin qiyməti 25 000-30 000$ təşkil edəcək və müəyyən müddətdən sonra qiymət aşağı düşəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla 14 000 nəfər işçini ixtisar edəcək
Tesla 14 000 nəfər işçini ixtisar edəcək
Elon Musk-ın sözlərinə əsasən Tesla şirkəti öz işçilərinin 10%-ni ixtisar edəcək.
NVIDIA GeForce RTX 5080 ilə RTX 5090 bu ilin ikinci yarısı üçün gözlənilir
NVIDIA GeForce RTX 5080 ilə RTX 5090 bu ilin ikinci yarısı üçün gözlənilir
Heç kim üçün sirr deyil ki, NVIDIA şirkəti hal-hazırda GeForce RTX 5090 və RTX 5080 viodeokartları üzərində çalışır.
Elon Musk Tesla-nın pilotsuz taksisinin təqdimatını elan edib
Elon Musk Tesla-nın pilotsuz taksisinin təqdimatını elan edib
Son zamanlarda Tesla elektromobillərinin satışları və gəlirləri aşağı düşüb. Bundan əlavə olaraq məlumata əsasən şirkət öz büdcəli elektromobil ideyasından da imtina edib.
Tesla büdcəli elektromobil istehsalı ideyasından imtina edib
Tesla büdcəli elektromobil istehsalı ideyasından imtina edib
Elon Musk uzun illər ərzində Tesla-nın büdcəli elektromobil hazırlayacağını söz verirdi. Lakin görünür, şirkət büdcəli elektromobil ideyasından imtina edib.
NVIDIA GeForce RTX 50 videokart seriyasına daxil olacaq minimum iki model barəsində məlumatlar verilib
NVIDIA GeForce RTX 50 videokart seriyasına daxil olacaq minimum iki model barəsində məlumatlar verilib
NVIDIA şirkəti bu il GeForce RTX 50 videokart seriyasını təqdim etməlidir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ