main-post-cover

    NVIDIA əməkdaşı dünyanın ən böyük sadə ədədini kəşf edib!

    Elm & Texnologiya
    28.10.2024
    Farid Pardashunas

         Əvvəllər NVIDIA-da çalışan Luke Durant, dünyanın ən böyük sadə ədədini kəşf edərək dünya miqyasında diqqət çəkib. O, minlərlə GPU-dan istifadə edərək 2^136,279,841 – 1 düsturuna və təxminən 41 milyon rəqəmə sahib sadə ədəd tapıb.

         İlk olaraq Durant, bu kəşf üçün GIMPS (Great Internet Mersenne Prime Search) adlanan platformdan və onun pulsuz təqdim etdiyi proqram təminatından istifadə edib. GIMPS, Mersenne sadə ədədləri adlanan xüsusi bir sadə ədəd növünü kəşf etmək üçün illərdir fəaliyyətini davam etdirir. Mersenne sadə ədədlərinə maraq göstərənlər üçün qeyd edək ki, bu ədədlər, 2-nin qüvvətindən bir az fərqli olan ədədlər kimi müəyyən edilir və digər sadə ədədlərlə müqayisədə daha nadir rast gəlinir. Bu səbəbdən həm tapılması çətindir, həm də xüsusi hesab edilən ədədlərdir.
         Durant-ın dünyanın ən böyük sadə ədədini kəşf etməsi, 17 ölkədəki 24 məlumat mərkəzi bölgəsində istifadə olunan minlərlə GPU ilə mümkün olub. Xüsusilə, NVIDIA A100 GPU bu mərhələdə böyük rol oynayıb. Ancaq bu nəhəng ədədi təsdiqləmək üçün kəşfdən sonra digər platformalarda müxtəlif sadəlik testlərinin aparılması tələb olunurdu. Təsdiqləmə prosesi olduqca mürəkkəb və yüksək səviyyəli riyazi hesablamalar tələb edirdi.
         Aparılan bütün testlərin nəticələri qəti şəkildə təsdiqlənib və Durant, bu nəhəng sadə ədədin həqiqiliyini riyaziyyat dünyasına təqdim etməyi bacarıb. Bu kəşf, həmçinin, GIMPS platformasında bir ilkdir. Belə ki, Durant, GIMPS üzərində bulud hesablama infrastrukturu ilə Mersenne sadə ədədini kəşf edən ilk şəxs olub. Durant-ın bu layihəyə başladığı zaman qrafik kartlarının elmi araşdırmalardakı gücünü göstərmək məqsədi güddüyünü ifadə etdiyini də vurğulayaq. Bu qədər uzun bir ədədi təsəvvür etmək çətin ola bilər, maraqlananlar üçün GIMPS veb saytından yükləmək mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nüvə birləşməsində "gyrotron" ilə tarixi dünya rekordu!
    nuve-birlesmesinde-gyrotron-ile-tarixi-dunya-rekordu
    Alimlər tərəfindən aparılan araşdırmaya görə, milyonlarla infarktın səbəbi 1 qram duz ola bilər!
    alimler-terefinden-aparilan-arasdirmaya-gore-milyonlarla-infarktin-sebebi-1-qram-duz-ola-biler
    Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
    dunyanin-en-kicik-bio-batareyasi-istehsal-edilib
    Pişiklərin sözləri körpələrdən daha tez öyrəndiyi məlum olub!
    pisiklerin-sozleri-korpelerden-daha-tez-oyrendiyi-melum-olub
    Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
    almaz-tozu-ile-qlobal-istilesmenin-qarsisini-almaq-mumkun-ola-biler-bes-nece