NVIDIA GeForce RTX 5090 və RTX 5080 videokartları barəsində yeni təfərrüatlar verilib
Elm & Texnologiya
27.09.2024
Emil Nəcəfov
NVIDIA hal-hazırda GeForce RTX 5090 və RTX 5080 videokartları üzərində çalışır. İndi isə insayderlər bu videokartlar barəsində yeni məlumatları təqdim ediblər. Beləliklə verilmiş məlumata əsasən RTX 5090 videokartı 21 760 ədəd CUDA nüvəsini əldə edəcək və özündə GDDR7 standartlı 32 GB-lıq VRAM ilə 512 bit-lik yaddaş şinini (qrafik prosessorla videokart yaddaşını birləşdirən bir növ yol) birləşdirəcək.
Bu videokart məlumatların saniyədə 1.5 TB sürətlə ötrürülməsi imkanına sahib olmalıdır. Məlumatda qeyd edilib ki, RTX 5090-ın maksimal enerji sərfiyyatı 600 vatt təşkil edəcək. RTX 5080 modelinə gəldikdə isə o, 10 752 ədəd CUDA nüvəsini əldə etməli və 16 GB-lıq VRAM ilə 256 bit-lik yaddaş şininə sahib olmalıdır. RTX 5080-in məlumatların saniyədə 750 GB sürətlə ötürülməsi imkanına sahib olacağı gözlənilir. Onun maksimal enerji sərfiyyatı isə 400 vatt təşkil etməlidir. Bu videokartların nə zaman təqdim olunacaqları bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ Ədliyyə Nazirliyi NVIDIA şirkəti ilə bağlı istintaqa start verib
ABŞ Ədliyyə Nazirliyi NVIDIA şirkəti ilə bağlı istintaqa start verib
Bloomberg saytının vermiş olduğu məlumata əsasən ABŞ-ın Ədliyyə Nazirliyi NVIDIA və ona bənzər şirkətləri antimonopoliya istintaqı ilə bağlı ifadə vermək üçün cəlb etməyə başlayıb.
Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər
Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər
Dünən xəbər ortaya çıxdı ki, OpenAI şirkəti yeni investisiyalar cəlb etməyi planlaşdırır.
NVIDIA GeForce RTX 3060 videokartının istehsalı yaxın zamanda dayandırıla bilər
NVIDIA GeForce RTX 3060 videokartının istehsalı yaxın zamanda dayandırıla bilər
Ortaya çıxmış məlumata əsasən NVIDIA şirkəti GeForce RTX 3060 videokartı üçün son istehsalat sifarişlərini qəbul edib.
Nvidia, süni intellekt üçün Netflix və YouTube videolarından icazəsiz istifadə edirmiş!
Nvidia, süni intellekt üçün Netflix və YouTube videolarından icazəsiz istifadə edirmiş!
Süni intellekt şirkətlərinin təlim məlumatları kimi istifadə etdiyi məzmun və platformalar mübahisələrə səbəb olur. İndi isə Nvidia-nın süni intellekt üçün Netflix və YouTube videolarından istifadə etdiyi bildirilir.
NVIDIA GeForce RTX 50 videokartlarının enerji sərfiyyatları məlum olub
NVIDIA GeForce RTX 50 videokartlarının enerji sərfiyyatları məlum olub
NVIDIA şirkəti bu il GeForce RTX 50 videokart seriyasını təqdim etməlidir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ