main-post-cover

    Orta səviyyəli smartfonlar üçün Snapdragon 7s Gen 3 prosessoru təqdim edilib

    Elm & Texnologiya
    21.08.2024
    Emil Nəcəfov
         Qualcomm şirkəti orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 7s Gen 3 adlı yeni prosessorunu təqdim edib. Qualcomm bildirib ki, yeni prosessor keçən ilki Snapdragon 7s Gen 2-dən 20% daha sürətli çalışır. Snapdragon 7s Gen 3 prosessoru TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb. Prosessor 8 nüvəlidir və onun tərkibində nüvələr “1+3+4” sxemi üzrə yerləşirlər. Yəni prosessor özündə 2.5 GHz tezlikdə çalışan 1 ədəd böyük nüvəni, 2.4 GHz tezlikdə çalışan 3 ədəd performans nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd enerji effektivliyi nüvəsini birləşdirir.
         Keçən ilki Snapdragon 7s Gen 2 ilə müqayisədə Snapdragon 7s Gen 3 prosessoru 20% daha sürətlə çalışan CPU-ya, 40% daha sürətlə çalışan GPU-ya və süni zəka ilə bağlı əməliyyatlarda 30% daha böyük performansa sahibdir. Bütün bunlardan əlavə olaraq Snapdragon 7s Gen 2-dən fərqli olaraq Snapdragon 7s Gen 3-ün enerji sərfiyyatı 12% daha aşağıdır. Üstəlik prosessor NPU AI Engine adlı çip hesabına cihazlarda generativ süni zəka imkanlarına da sahib olacaq. Snapdragon 7s Gen 3 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları, 200 MP-ə kimi kameraları, 16 GB-a kimi RAM yaddaşlarını, UFS 3.1 standartlı daxili yaddaş həcmlərini, Wi-Fi 6E-ni və Bluetooth 5.4-ü dəstəkləyir. Qualcomm-un bu yeni prosessoruna sahib ilk smartfonlar bu ilin sonuna kimi satışa çıxacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Snapdragon 7s Gen 3 bahalı olmayan smartfonlar üçün gaming istiqamətli prosessor olacaq
    snapdragon-7s-gen-3-bahali-olmayan-smartfonlar-ucun-gaming-istiqametli-prosessor-olacaq
    Snapdragon 8 Gen 4 prosessoru iki versiyada istehsal ediləcək
    snapdragon-8-gen-4-prosessoru-iki-versiyada-istehsal-edilecek
    Snapdragon 8 Gen 4 prosessoru Geekbench testlərindən keçib
    snapdragon-8-gen-4-prosessoru-geekbench-testlerinden-kecib
    Qualcomm giriş seqmentli smartfonlar üçün yeni Snapdragon 4s Gen 2 prosessorunu təqdim edib
    qualcomm-giris-seqmentli-smartfonlar-ucun-yeni-snapdragon-4s-gen-2-prosessorunu-teqdim-edib
    Snapdragon 8 Gen 4 prosessoru olduqca yüksək enerji effektivliyinə sahib olacaq
    snapdragon-8-gen-4-prosessoru-olduqca-yuksek-enerji-effektivliyine-sahib-olacaq