main-post-cover

    PUA-ları saniyələr içində məhv edə bilən dünyanın ən güclü portativ lazer silahı hazırlanıb!

    Elm & Texnologiya
    21.06.2024
    Farid Pardashunas

         Avstraliya Müdafiə Qüvvələrinin ilk portativ lazer silahı olan Fractl, poladı yandıra biləcək qədər güclü şüalara malikdir. Hətta Fractl, çox kiçik hədəfləri də məhv edə bilər.

         Bildirilir ki, Fractl, istifadəçi üçün əlverişli olduğu qədər də güclüdür. ADF-nin (Avstraliya Müdafiə Qüvvələri) sözlərinə görə, səssiz sistem olan Fractl, əsgərlərə cəmi bir neçə dəqiqə ərzində öyrədilə bilər. Bununla belə, sistemin iş prinsipi video oyununa bənzəyir. Kompüter proqramı müvafiq dronu izləmək vəzifəsini yerinə yetirərkən, müdaxilə sadəcə bir düyməyə basmaqla həyata keçirilir. Həmçinin ekran vasitəsilə PUA-nın (pilotsuz uçuş aparatı) hansı sahəsini hədəf alacağını da seçmək mümkündür. Məlumatlara görə, bu lazerlə, PUA-ların kamerasını və ya pərvanəsini sıradan çıxarmaq cəmi bir neçə saniyə çəkir.
         Avstraliyada yerləşən AIM Defense tərəfindən portfel ölçüsündə dizayn edilmiş Fractl, dünyanın ən qabaqcıl izləmə və optik sistemindən istifadə edir. Sistem, 100 km/saat sürətlə və 1 kilometr uzaqlıqda hərəkət edən hədəfləri dəqiqliklə vura bilir. Sistem, portativ olsa da, enerjisini AC güc variantları, eləcə də batareyalarla təmin edə bilir. Məlumatlara görə, hazır qurğunun çəkisi 50 kiloqramdan azdır. Bu da onu son dərəcə portativ və müxtəlif əməliyyat ssenarilərində istifadəsəni asan edir.
         AIM Defence-nin sözlərinə görə, onların inkişaf etdirdikləri Fractl lazer silahı, bazardakı digər sistemlərin onda biri ölçüsünə və dəyərinə malikdir və bu da onu pilotsuz hava hücumundan müdafiə üçün ən uyğun həll edir. Testlər PUA-nın 500 metr məsafədən vurulduğunu göstərib. Bu tip portativ sərfəli lazer silahları müasir döyüş meydanlarında çox qiymətli amil kimi görünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Polislər ilkin müdaxilə aparatı olaraq dronlardan istifadə etməyə başlayırlar!
    polisler-ilkin-mudaxile-aparati-olaraq-dronlardan-istifade-etmeye-baslayir