Qandakı şəkərin səviyyəsini ölçə bilən "bandaja bənzər" cihaz hazırlanıb! (VİDEO)
Elm & Texnologiya
09.07.2024
Farid Pardashunas
Sinqapurlu alimlər, qan şəkərinin səviyyəsini tər vasitəsilə ölçə bilən bandaj hazırlayıblar. Yara bandajına bənzəyən məhsul, diabet xəstələrinin həyatını asanlaşdıracaq kimi görünür.
Alimlər, qandakı qlükoza səviyyəsini ölçə bilən bandaj üçün "elastik fotonika" texnologiyasından istifadə ediblər. Bu texnologiya, işıq əsaslı fotonika sensorlarını elastik materialla birləşdirməyə imkan verir. Mütəxəssislər, bu texnologiyanı molekulyar səviyyədə maye lazerlə qarşılıqlı əlaqədə saxlamağa müvəffəq olublar və nəticədə tərin buraxdığı molekulların səviyyəsi aşkar edilib.
Mövzu ilə bağlı açıqlama verən şəxs araşdırmanın rəhbəri Chen Yu-Cheng olub. Chen Yu-Cheng, bu bandajla diabet xəstələrinin sağlamlıq vəziyyətlərinə nəzarət etməyə imkan verən tamamilə yeni bir üsul hazırladıqlarını söyləyib. Yeni üsul bilavasitə qan üzərində test aparan ənənəvi istifadə edilən cihazlarla müqayisədə olduqca praktik görünür.
Tədqiqatçılar, inkişaf etdirdikləri bandajın əhatə dairəsini genişləndirmək üçün işlərini davam etdirirlər. Tər mayesinin sağlamlıqla əlaqəli bir çox molekula sahib olduğunu ifadə edən elm adamları, sözügedən bandajların fərdiləşdirilə biləcəyini və daha çox məlumatın təsbit edilə biləcəyini söyləyirlər. Təbii ki, bütün bunların nə vaxt baş verəcəyini zaman göstərəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tədqiqatçılar, subnanometr çiplərinin istehsalı üçün yeni metod inkişaf etdiriblər!
Tədqiqatçılar, subnanometr çiplərinin istehsalı üçün yeni metod inkişaf etdiriblər!
Cənubi Koreyalı tədqiqatçılar, subnanometr yarımkeçirici məntiq sxemlərinin istehsalı üçün yeni bir metod inkişaf etdiriblər. Bu metodla, 1D materiallar böyüdülərək tranzistorun qapılarında istifadə edilib.
Marsda yaşaya bilən səhra mamırı tapılıb!
Marsda yaşaya bilən səhra mamırı tapılıb!
Çində aparılan yeni araşdırmaya görə, Yer kürəsində həddindən artıq quraqlığa və soyuğa tab gətirə bilən səhra mamırı, Marsı yaşıl və yaşayış üçün əlverişli planetə çevirməyimizə kömək edə bilər.
Erkən kainatdakı kiçik ölçülü parlaq obyektlər alimlərdə çoxlu suallar yaradıblar
Erkən kainatdakı kiçik ölçülü parlaq obyektlər alimlərdə çoxlu suallar yaradıblar
Alimlər daha öncə erkən kainatda aşkar edilmiş kiçik ölçülü parlaq qırmızı obyektləri müşahidə etmək üçün James Webb kosmik teleskopundan istifadə ediblər.
Dünyada ilk dəfə insan beyni ilə çalışan robot hazırlanıb!
Dünyada ilk dəfə insan beyni ilə çalışan robot hazırlanıb!
Çinli alimlər, diqqətəlayiq bir addım ataraq dünyada ilk dəfə insan beynilə idarə olunan robot hazırlamağa nail olublar.
Bennu asteroidi suya sahib planetdə formalaşmış ola bilər
Bennu asteroidi suya sahib planetdə formalaşmış ola bilər
2016-cı ilin sentyabr ayında NASA-nın OSIRIS-Rex adlı missiyası start götürmüşdü. Bu missiyanın əsas məqsədi Bennu adlı asteroiddən süxur nümunələrinin əldə olunması idi.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!