main-post-cover

    Realme, smartfonları 10 dəqiqədən az müddətdə doldura biləcək 300W-lıq sürətli şarj texnologiyasını təqdim edib!

    Elm & Texnologiya
    09.08.2024
    Farid Pardashunas

         Realme, 300W sürətli şarj texnologiyasının buraxılış tarixini elan edib. Bu texnologiya sayəsində smartfonlar, 10 dəqiqədən az müddətdə 0-dan 100%-ə qədər doldurula biləcək. 

         Realme, bu gün etdiyi elanda 300W sürətli şarj texnologiyasının avqustun 14-də təqdim ediləcəyini açıqlayıb. Çin istehsalçısına görə, yeni doldurma həlli 2023-cü ilin fevralında təqdim edilən 240W sürətindən bəri ən böyük "texnoloji sıçrayış"dır. Bilməyənlər üçün isə qeyd edək ki, 240W sürətli şarj texnologiyası markanın ən son GT5 və GT Neo 5 modellərində istifadə edilib və ilk dəfə olaraq, smartfon, 10 dəqiqədən az bir müddətdə şarj edilə bilmişdi. Realme, yeni 300W sürətli enerji doldurma texnologiyasının təfərrüatlarını qeyd etməyib. Bununla belə, şarj müddətinin 5 dəqiqə və ya daha çox azalacağı gözlənilir. Təbii ki, bütün detallar üçün avqustun 14-nə qədər gözləməli olacağıq.
         Realme, bu sahədə kifayət qədər iddialı olsa da, Redmi, hazırda telefonlar üçün 300W enerji doldurma texnologiyasını nümayiş etdirən yeganə markadır. Hətta nümayiş zamanı telefonların 0-50% arasında 3 dəqiqədən az müddətə, tam şraja isə 5 dəqiqədən az müddətdə çata biləcəyi bildirilib. Lakin bu elanın üzərindən təxminən 18 aya yaxın vaxtın keçməsinə baxmayaraq, biz bunu hələ kommersiyada mövcud olan bir cihazda görməmişik. Sürətli enerji doldurma xüsusilə hərəkətdə olan istifadəçilər üçün danılmaz bir rahatlıq olsa da, həddindən artıq istiləşmə və batareyanın sağlamlığı kimi suallar doğurur. Buna görə də aydındır ki, 300W daha böyük və daha səmərəli soyutma həlləri tələb edəcək. Bu, telefonun qiymətini artıra bilər. Realme-nin 300W sürətli şarj texnologiyasını bazara çıxara biləcəyini görmək maraqlı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
    bu-siyahidaki-cihazlarin-hec-biri-android-15-yenilemesini-almayacaq
    Realme, 300W-lıq sürətli şarj texnologiyası üzərində işləyir!
    realme-300w-liq-suretli-sarj-texnologiyasi-uzerinde-isleyir