Samsung, OLED-i əvəz edən dünyanın ilk QD-LED ekran panelini təqdim edib!
Elm & Texnologiya
21.05.2024
Farid Pardashunas
Samsung, dünyanın ilk QD-LED ekran panelini təqdim edib və bu panelin OLED-ləri əvəz edəcəyi gözlənilir. Samsung tərəfindən təqdim edilən QD-LED displey, həmçinin QDEL kimi də tanınır.
Samsung, Display Week 2024-də müxtəlif yeni məhsullarını təqdim edib. Bunlardan biri də OLED ekran panellərini əvəz edəcək növbəti piksel texnologiyası olan QD-LED displey-lərdir. Şirkətin bildirdiyinə görə, yeni displey texnologiyası elektrik enerjisinin birbaşa kvant nöqtələrinə tətbiq edərək LED və ya OLED ekran panellərinə olan ehtiyacı aradan qaldırır. Bu ekranların ən böyük üstünlükləri uyğun qiymətə, yüksək parlaqlığa və yanğına qarşı daha çox davamlılığa sahib olmaqlarıdır. Samsung, "QD-LED"in üstün baxış təcrübəsi üçün daha geniş rəng qamutuna və yüksək rəng dəqiqliyinə sahib olduğunu bildirir. Tərkibində heç bir üzvi material olmadığı üçün bu ekranlar, uzunmüddətli zədələrə qarşı daha çox davamlılıq göstərə bilir.
"QD-LED"in digər bir üstünlüyü isə onun Inkjet Printing (IJP) istifadə edilərək istehsal oluna bilməsidir. Bu həm istehsalın səmərəliliyini artırır, həm də xərcləri azaldır. QD-LED panelləri həmçinin kadmiumsuz kvant nöqtələrindən istifadə edir. Buna görə də bu ekran panelləri ətraf mühitə daha az zərər vurur. Samsung tərəfindən nümayiş etdirilən QD-LED ekran paneli, 18.2 düym böyüklüyə, 3200 x 1800 (202 PPI) təsvir ölçüsünə və 250 nit parlaqlığa malikdir. Bu xüsusiyyətlərin elə də cəlbedici görünməyinə baxmayaraq, bunun bir prototip olduğunu unutmamaq lazımdır. QD-LED və ya QDEL-in arxasında duran Nanosys, displey texnologiyasının inkişafı ilə məşğuldur. Şirkət 2025 və ya 2026-cı ildə tam istehsala keçməyi planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Snapdragon X Elite prosessoru vasitəsilə çalışan Galaxy Book 4 Edge noutbukunu təqdim edib - QİYMƏTİ
Samsung Snapdragon X Elite prosessoru vasitəsilə çalışan Galaxy Book 4 Edge noutbukunu təqdim edib - QİYMƏTİ
ASUS-la yanaşı Snapdragon X Elite prosessorlu ilk noutbukunu həmçinin Samsung şirkəti də təqdim edib. Söhbət, Samsung Galaxy Book 4 Edge-dən gedir.
Samsung Galaxy Z Flip 6-nın əsas arxa kamera göstəriciləri ortaya çıxıb
Samsung Galaxy Z Flip 6-nın əsas arxa kamera göstəriciləri ortaya çıxıb
Samsung şirkətinin yay fəslində təqdim edəcəyi gözlənilən yeni qatlana bilən Galaxy Z Flip 6 smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edirlər.
Samsung Galaxy F54 smartfonu OneUI 6.1-i əldə etməyə başlayıb
Samsung Galaxy F54 smartfonu OneUI 6.1-i əldə etməyə başlayıb
Samsung şirkəti öz cihazlarında OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə növbə Galaxy F seriyasının smartfonuna çatıb. Söhbət, Galaxy F54-dən gedir.
Samsung Galaxy S25 smartfonu daha baha qiymətə satıla bilər
Samsung Galaxy S25 smartfonu daha baha qiymətə satıla bilər
Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S25 flaqman smartfonunu təqdim edəcək. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Galaxy S25-in satış qiyməti barəsində vacib bir məlumatı çatdırıb.
Samsung Galaxy Z Fold 6-nın qatlanan ekranı üzərində qatlanma izi daha az nəzərə çarpacaq
Samsung Galaxy Z Fold 6-nın qatlanan ekranı üzərində qatlanma izi daha az nəzərə çarpacaq
Samsung şirkəti yay fəslində qatlana bilən Galaxy Z Fold 6 smartfonunu təqdim etməlidir. Ice Universe ləqəbli məşhur insayder isə öz növbəsində sözügedən smartfonun daxili ekranının əsas müsbət özəlliklərindən birini açıqlayıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!