Samsung-un yeni növ batareyası sayəsində elektromobillər 1000 km yol qətt edə biləcəklər
Elm & Texnologiya
01.08.2024
Emil Nəcəfov
Samsung şirkəti Seulda baş tutmuş SNE Battery Day 2024 adlı konfransda iştirak edib və konfrans çərçivəsində elektromobillər üçün nəzərdə tutulmuş yeni növ batareyasını təqdim edib. Şirkət bildirib ki, onun hazırlamış olduğu yeni növ batareya elektromobilə 1000 km yol qətt etməyə imkan verir, 100% enerjini dəqiqələr ərzində yığır və onilliklər ərzində öz çalışma performansını qoruyub saxlaya bilir. Qeyd etmək lazımdır ki, söhbət, nə zaman istifadəyə veriləcəyi bilinməyən məhsuldan deyil, artıq tamamilə hazır olan məhsuldan gedir.
Şirkətin sözlərinə əsasən bu yeni növ batareya artıq son 6 aydır ki, müxtəlif elektromobil istehsalçıları tərəfindən test edilir. Batareyanı test edən istehsalçılar onda maraqlıdırlar. Belə ki, müasir elektromobillərdə istifadə edilən batareyalardan fərqli olaraq Samsung-un bu yeni batareyası daha yüngül, daha kompakt ölçülü və daha təhlükəsizdir. Lakin bununla belə qeyd edilib ki, yeni batareyanın istehsal prosesi hələ baha başa gəlir. Buna görə də onu ilk növbədə premium səviyyəli elektromobillər əldə edəcəklər.
Şirkətin yeni batareyasında enerji sıxlığı 500 vatt-saat/kq təşkil edir. Bu isə müasir elektromobillərin batareyalarındakı enerji sıxlığı göstəricisindən iki dəfə böyükdür. Bu cür batareyaya sahib elektromobil bir dəfə şarj olunandan sonra 1000 km yol qətt edə bilər. Üstəlik sözügedən batareya 80% enerjini 9 dəqiqəyə yığır və onun istifadə müddəti 20 il üçün nəzərdə tutulub. Samsung Toyota ilə birlikdə bu yeni batareyanın kütləvi istehsalına 2027-ci ildə start verməyi planlaşdırır. Bundan əlavə olaraq Toyota bildirib ki, yeni batareyanı ilk öncə Lexus-un premium elektromobili əldə edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OneUI yenilənməsini sonuncu dəfə əldə edəcək Galaxy smartfonlarının siyahısı ortaya çıxıb
OneUI yenilənməsini sonuncu dəfə əldə edəcək Galaxy smartfonlarının siyahısı ortaya çıxıb
Samsung şirkətinin yaxın zamanda Android 15 əsaslı OneUI 7.0 istifadəçi interfeysinin beta versiyasını istifadəyə verəcəyi gözlənilir.
Samsung Galaxy S25 Ultra smartfonu 12 GB-dan daha böyük həcmdə RAM yaddaşını əldə edə bilər
Samsung Galaxy S25 Ultra smartfonu 12 GB-dan daha böyük həcmdə RAM yaddaşını əldə edə bilər
Gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25 Ultra smartfonu barəsində yeni məlumat internetdə ortaya çıxıb.
Polislər, Samsung-un yeni qatlana bilən telefonu Galaxy Z Flip6-dan bədən kamerası kimi istifadə etməyə başlayıblar!
Polislər, Samsung-un yeni qatlana bilən telefonu Galaxy Z Flip6-dan bədən kamerası kimi istifadə etməyə başlayıblar!
Samsung, yeni qatlana bilən telefonu Galaxy Z Flip6-nı təqdim etmək üçün maraqlı bir addım atıb. Şirkətin yeni cihazı, ABŞ-da polislər tərəfindən bədən kamerası kimi istifadə edilməyə başlanılıb.
Samsung Galaxy S24 FE-nin mümkün təqdimat müddəti açıqlanıb
Samsung Galaxy S24 FE-nin mümkün təqdimat müddəti açıqlanıb
Keçən həftə məlum oldu ki, Samsung bu il üçüncü Galaxy Unpacked təqdimat tədbirini keçirtməyi planlaşdırır.
Büdcəli Samsung Galaxy A06-nın render fotoları təqdim edilib
Büdcəli Samsung Galaxy A06-nın render fotoları təqdim edilib
Samsung şirkəti yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy A06-dan gedir. İndi isə OnLeaks ləqəbli məşhur insayder Giznext saytı ilə birgə sözügedən smartfonun render fotolarını təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!