Snapdragon X Elite desktop prosessorunun real test nəticələri ortaya çıxıb
Elm & Texnologiya
31.10.2023
Emil Nəcəfov
Qualcomm keçən həftə Snapdragon X Elite adlı yeni desktop prosessorunu təqdim etmişdi. İndi isə bu yeni desktop prosessorun real test nəticələri ortaya çıxıb. Test nəticələrindən belə qənaətə gəlmək olar ki, Snapdragon X Elite sözün əsl mənasında yaxşı prosessor alınıb. Lakin qrafik tərəfdən prosessor daha zəif nəticələr sərgiləyir. Prosessorun təqdimatı zamanı Qualcomm onu Apple M2 prosessoru ilə müqayisə edirdi. Şirkət bildirmişdi ki, müəyyən çalışma ssenarilərində onun prosessoru M2-dən daha üstündür. Qeyd etmək lazımdır ki, Snapdragon X Elite prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o özündə Qualcomm-un Oryon adlı 12 ədəd fərdi nüvəsini birləşdirir.
Qualcomm həmçinin qeyd etmişdi ki, yeni desktop prosessor maksimal performans şəraitində M2 Max-dan 30%, Intel i9-13980HX-dən isə 70% daha az enerji sərf edir. Prosessorun testlərini reallaşdırmaq üçün bloggerlərə Snapdragon X Elite vasitəsilə çalışan iki ədəd noutbuk təqdim edilib. Onlardan biri 80 vatt, digəri isə 23 vatt enerji sərfiyyatına sahib olub. FoneArena testləri onu göstəriblər ki, Snapdragon X Elite bir nüvəli rejim çərçivəsində Apple M2 Ultra, AMD Ryzen 7950X və Intel Core i7-13800H də daxil olmaqla bütün aparıcı prosessorları geridə qoyur.
Lakin çox nüvəli rejim çərçivəsində 80 vatt enerji sərfiyyatına sahib noutbuk AMD Ryzen 7950X-dən 20%, M2 Ultra-dan isə 40% geridə qalıb. Qrafik testlər mövzusunda Snapdragon X Elite Apple prosessorları ilə heç eyni sırada belə qala bilmir. Belə ki, M1 Pro onu 20%, M2 Pro 40%, M2 Ultra isə 159% üstələyir. Qeyd etmək lazımdır ki, Snapdragon X Elite prosessoruna sahib ilk noutbuklar artıq gələn ilin ortasında satışa çıxmalıdırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qualcomm-un gələn ilki flaqman mobil prosessoru baha qiymətə satılacaq
Qualcomm-un gələn ilki flaqman mobil prosessoru baha qiymətə satılacaq
Dünən Qualcomm şirkəti rəsmi şəkildə məlumat verdi ki, şirkətin 2024-cü ildə təqdim ediləcək növbəti flaqman mobil prosessoru desktop nüvələri əldə edəcək.
Snapdragon 8 Gen 3 müxtəlif bençmarklarda testlərdən keçib
Snapdragon 8 Gen 3 müxtəlif bençmarklarda testlərdən keçib
Qualcomm şirkətinin dünən təqdim etmiş olduğu Snapdragon 8 Gen 3 prosessorunun müxtəlif bençmarklardakı testlərinin nəticələri internetdə ortaya çıxıblar.
Gələn ilki mobil Snapdragon prosessoru desktop nüvələrini əldə edəcək
Gələn ilki mobil Snapdragon prosessoru desktop nüvələrini əldə edəcək
Bugün Qualcomm şirkəti Snapdragon 8 Gen 3 ilə yanaşı həmçinin Snapdragon X Elite adlı yeni desktop prosessorunu da təqdim etdi.
Qualcomm Snapdragon X Elite adlı yeni desktop prosessorunu təqdim edib
Qualcomm Snapdragon X Elite adlı yeni desktop prosessorunu təqdim edib
Qualcomm şirkəti Snapdragon 8 Gen 3 ilə yanaşı Windows kompüterlər üçün nəzərdə tutulmuş Snapdragon X Elite adlı yeni desktop prosessorunu da təqdim edib.
Qualcomm Snapdragon 8 Gen 3 flaqman prosessoru təqdim edilib
Qualcomm Snapdragon 8 Gen 3 flaqman prosessoru təqdim edilib
Qualcomm şirkəti aylar ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Snapdragon 8 Gen 3 adlı yeni flaqman prosessorunu təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!