main-post-cover

    Starship-in üçüncü orbital uçuş cəhdi 14 mart tarixində baş tuta bilər

    Elm & Texnologiya
    07.03.2024
    Emil Nəcəfov
         Elon Musk bildirib ki, müvafiq tənzimləyici orqanlardan icazələrin əldə edilməsindən sonra SpaceX-in Starship kosmik gəmisinin üçüncü orbital uçuş cəhdi 14 mart tarixində baş tuta bilər. Qeyd etmək lazımdır ki, Starship-in ikinci orbital uçuş cəhdi keçən ilin noyabr ayında baş tutmuşdu. Həmin uçuş missiyası çərçivəsində startdan 9 dəqiqə sonra şirkət Starship kosmik gəmisi ilə əlaqəni itirdi və nəticədə ona partlama əmri göndərildi. Super Heavy raketinə gəldikdə isə o, Starship-dən ayrılandan bir neçə dəqiqə sonra havada partladı. Musk həmin vaxtda ikinci cəhdi nisbətən uğurlu adlandırmışdı. Onun sözlərinə əsasən şirkət ikinci uçuş cəhdindən lazımi nəticələri əldə edib. Buna görə də Starship-in üçüncü orbital uçuş cəhdinin daha uğurlu olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    SpaceX ümumilikdə 300-cü uçuş missiyasını reallaşdırıb
    spacex-umumilikde-300-cu-ucus-missiyasini-reallasdirib
    SpaceX bu il rekord sayda kosmik uçuş missiyası reallaşdırıb
    spacex-bu-il-rekord-sayda-kosmik-ucus-missiyasi-reallasdirib
    SpaceX Starship-in növbəti uçuşuna hazırlaşır
    spacex-starship-in-novbeti-ucusuna-hazirlasir
    SpaceX şirkətinin bazar dəyəri 180 milyard dollara yüksəlib
    spacex-sirketinin-bazar-deyeri-180-milyard-dollara-yukselib
    SpaceX-in bazar dəyəri 175 milyard dollara yüksələ bilər
    spacex-in-bazar-deyeri-175-milyard-dollara-yuksele-biler