main-post-cover

    Su erkən kainatın ilkin mərhələlərində artıq mövcud olub

    Elm & Texnologiya
    27.01.2025
    Emil Nəcəfov
         Alimlərin aparmış olduqları araşdırmaya əsasən su Böyük partlayışdan artıq 100-200 milyon il sonra kainatda böyük miqdarda mövcud olub. Bununla yanaşı su erkən kainatda o qədər böyük miqdarda olub ki, bu, ilk bioloji həyat növünün kainatın ilk təkamül mərhələlərində artıq formalaşması ehtimalını nəzərdən keçirməyə imkan verir. Məlumdur ki, su molekulu 2 hidrogen atomu ilə 1 oksigen atomunun birləşməsidir. Hidrogen müstəqil şəkildə kainatda böyük miqdarda həmişə mövcud olub. Böyük partlayışdan sonrakı ilk anlardan başlayaraq. Hesab edilir ki, oksigen öz növbəsində ulduzlardakı termonüvə sintez reaksiyaları nəticəsində formalaşıb.
         O, ulduzların tərkiblərində formalaşıb və daha sonra həmin ulduzlar supernova partlayışı nəticəsində məhv olduqları zaman kainata yayılıb. Burdan da belə qənaətə gəlmək olar ki, oksigenin kainatdakı miqdarı tədricən böyüyüb və bu da öz növbəsində kainatdakı su miqdarının böyüməsinə səbəb olub. Alimlərin yeni araşdırmalarına əsasən isə ən azından erkən kainatda hadisələr heç də belə cərəyan etməyib. Qəbul edilmiş nəzəriyyəyə əsasən ilk ulduzlar özlərində hidrogen ilə heliumdan başqa heçnə birləşdirməyiblər və onların tərkiblərində metallıq göstəricisi aşağı səviyyədə olub. Astrofizikada heliumdan ağır olan istənilən element metal hesab edilir. Hətta oksigen belə.
         Buna görə də nəzəri olaraq hidrogen ikinci nəsil və birinci nəsil ulduzlar (bizim Günəş kimi) tərəfindən formalaşıb. İlk ulduzlar olan üçüncü nəsil ulduzlar isə hidrogen formalaşdırmamalı idilər. Lakin yeni araşdırmada bu fikir təkzib edilib. Mütəxəssislər güman edirlər ki, ilk ulduzlar iki əsas sinifə ayrılıblar. Təqribi olaraq 13 Günəş kütləsinə sahib kiçik ulduzlar və 200 Günəş kütləsinə sahib böyük ulduzlar. Kiçik ulduzlar qaz, toz və qravitasiya hesabına formalaşıblar və onların tərkiblərində metallıq göstəricisi aşağı səviyyədə olub. Böyük ulduzlar isə ilkin materiya buludları hesabına formalaşıblar.
         Kiçik ulduzların adi supernova partlayışı nəticəsində məhv olduqları halda böyük ulduzlar cüt-qeyri-stabil supernova partlayışı (bu cür ulduz partlayışı onun daxilindəki güclü qamma şüalanmasının elektron-pozitron cütlərini formalaşdırdığı zaman baş verir) nəticəsində məhv olublar. Bu isə öz növbəsində maraqlı nəticələrə gətirib çıxarıb. Alimlər tərəfindən aparılmış kompüter modelləşdirməsi onu göstərib ki, böyük ulduzlar artıq ömürlərinin son anlarında ətraf mühiti oksigenlə və bir qayda olaraq su ilə zənginləşdirməli idilər.
         Bu cür partlayışlardan sonra qalan molekulyar buludlardakı suyun miqdarı indiki zamanda Süd Yolu qalaktikasındakı müşahidə edilən diffuz molekulyar buludlardakı suyun miqdarından 10-30 dəfə çox olmalıdır. Bu isə onu deməyə əsas verir ki, Böyük partlayışdan 100-200 milyon il sonra molekulyar buludlar bioloji həyat növünün formalaşması üçün lazımi miqdarda su və digər elementlərə sahib olublar. Təbii ki, həmin zamanlarda bioloji həyat növünün həqiqətən də formalaşdığını təyin etmək qeyri-mümkündür. Lakin hətta həmin zamanlarda bioloji həyat növü formalaşmış olsa belə kainatda ionlaşma səviyyəsi o qədər yüksək olub ki, bizə məlum olan canlı orqanizmlər həmin mühitdə sadəcə sağ qala bilməzdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İnsanlar öz smartfonlarını gün ərzində 200 dəfədən çox yoxlayırlar
    insanlar-oz-smartfonlarini-gun-erzinde-200-defeden-cox-yoxlayirlar
    2024-cü ilin əsas ifadəsi açıqlanıb
    2024-cu-ilin-esas-ifadesi-aciqlanib
    İnsan beyninin düşüncə sürəti təyin edilib
    insan-beyninin-dusunce-sureti-teyin-edilib
    Alimlər yeni bir metodla xərçəng hüceyrələrini normal bir hüceyrəyə çevirə biliblər!
    alimler-yeni-bir-metodla-xerceng-huceyrelerini-normal-bir-huceyreye-cevire-bilibler
    Google-un yeni kvant çipi paralel kainatların mövcudluğunu sübut edə bilər!
    google-un-yeni-kvant-cipi-paralel-kainatlarin-movcudlugunu-subut-ede-biler