Alimlər süni intellekt sayəsində Parkinson xəstəliyini bir neçə il öncədən müəyyən edə biliblər!
Elm & Texnologiya
20.06.2024
Farid Pardashunas
Alimlər tərəfindən aparılan yeni bir araşdırmada süni intellekt, Parkinson xəstəliyini simptomları başlamazdan illər əvvəl 100% dəqiqliklə xəstəliyi proqnozlaşdıra bilib.
Parkinson xəstəliyi beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasını təmin edən dopamin adlı maddəni istehsal edən beyin hüceyrələrinin korlanması nəticəsində baş verir. Beyindəki dopamin istehsal edən hüceyrələr, hərəkətlərin idarə olunmasından məsuldur. Hal-hazırda, Parkinson xəstələri titrəmə, hərəkət yavaşlığı və yaddaş problemləri kimi simptomlara tutulduqdan sonra dopamin əvəzedicisi yolu ilə müalicə olunur. Lakin tədqiqatçılar hesab edirlər ki, erkən proqnoz və diaqnoz dopamin istehsal edən beyin hüceyrələrini qorumaqla Parkinson xəstəliyini yavaşlada biləcək və ya dayandıra biləcək müalicələri tapmaq üçün dəyərlidir. Beyin hüceyrələrini bərpa edə bilmədiyimiz üçün ən məntiqli həll əlimizdə olanları qorumaqdır. Parkinson xəstəliyi zamanı isə artıq semptomlar özünü göstərdikdən sonra müalicə başlayır.
Nature Communications-da dərc edilən bu yeni araşdırma, klinik sınaqda maşın öyrənmə alqoritmi sayəsində xəstəliyin diaqnozunda 100% dəqiqliyə nail olunduğunu ortaya qoyulub. Komanda daha sonra testin bir insanın Parkinson xəstəliyinə tutulma ehtimalını proqnozlaşdıra bilib-bilməyəcəyini yoxlamaq üçün təcrübələr aparıb. Tədqiqatçılar, bu araşdırmanı Sürətli Göz Hərəkəti Yuxu Davranışı Pozğunluğu (iRBD) olan 72 xəstənin qanını təhlil edərək aparıblar. Maşın öyrənmə aləti bu xəstələrin qanını təhlil edərkən, iRBD xəstələrinin 79%-nin Parkinson xəstələri ilə eyni profilə malik olduğunu aşkar edib. Maraqlısı isə odur ki, komanda 10 il boyunca davamlı olaraq bu xəstələri izləməyə başlayıb. Beləliklə komanda 16 xəstənin Parkinson xəstəliyinə tutulacağını düzgün şəkildə proqnozlaşdıra bilib və bunu xəstəliyin hər hansı simptomu başlamasından 7 il əvvəl edib. Komanda indi testin düzgünlüyünü daha da dəqiqləşdirmək üçün Parkinson xəstəliyinin inkişaf edəcəyi proqnozlaşdırılan xəstələri izləməyə davam edir.
Tədqiqatçıların fikrincə, indi qandakı 8 zülalı təyin etməklə potensial Parkinson xəstələrini bir neçə il əvvəldən aşkar etmək mümkündür. Bu yolla, dərman müalicəsinin potensial olaraq daha erkən mərhələdə təyin edilməsi xəstəliyin gedişatını yavaşlada və ya hətta qarşısını ala bilər. Araşdırmada müəyyən edilən 8 zülal təkcə diaqnoz üçün deyil, həm də yeni dərmanların hazırlanması üçün də vacibdir. Son olaraq tədqiqatçılar, onların hazırladıqları testin geniş yayılmasının maliyyələşdirmədən asılı olduğunu və lazımi maliyyələşmə ilə testin 18 aya hazır ola biləcəyini bildiriblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Smartfonlar yuxuya təsir göstərirlərmi?
Smartfonlar yuxuya təsir göstərirlərmi?
Aparılmış yeni tədqiqata əsasən smartfon ekranı tərəfindən şüalanan göy işıq gecələr istifadəçinin yuxusuna zərər yetirmir.
İnsan böyrəkləri uzunmüddətli kosmik uçuşlara tab gətirə bilməzlər
İnsan böyrəkləri uzunmüddətli kosmik uçuşlara tab gətirə bilməzlər
Astronavtların da iştirakı ilə baş tutacaq Mars missiyaları insanlığın uzunmüddətli məqsədidir və bu cür missiyaların növbəti onilliklərdə baş tutacağı nəzərdə tutulub.
Avtomobili avtonom şəkildə idarə edə bilən insanabənzər robot hazırlanıb!
Avtomobili avtonom şəkildə idarə edə bilən insanabənzər robot hazırlanıb!
Avtonom nəqliyyat vasitələri ilə bağlı araşdırmalar davam edərkən, tədqiqatçılar iki trend mövzunu bir araya gətiriblər. Belə ki, Tokio Universitetində avtomobili avtonom idarə edə bilən insanabənzər robot hazırlanıb.
Marsda buz kəşf edilib!
Marsda buz kəşf edilib!
Avropa Kosmik Agentliyi, Marsın ekvator bölgəsindəki vulkanının zirvəsində buz qatının aşkar edildiyini açıqlayıb. Ekspertlər, bunun gözlənilməz bir vəziyyət olduğunu bildirirlər.
Bütün evlər elektrik enerjisini saxlayan beton sayəsində nəhəng batareyalara çevrilə bilər!
Bütün evlər elektrik enerjisini saxlayan beton sayəsində nəhəng batareyalara çevrilə bilər!
Tədqiqatçı Damian Stefaniuk, elektrik enerjisini saxlayan yeni betonla bütün evləri batareyaya çevirə biləcəklərini iddia edir. Əgər bu texnologiya inkişaf etdirilərsə, mühüm problemlərin həll yolu ola bilər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ