Təcrübi 6G şəbəkəsində məlumatları rekord sürətlə ötürmək mümkün olub
Elm & Texnologiya
18.10.2024
Emil Nəcəfov
London Universitet Kollecinin tədqiqatçıları təcrübi 6G şəbəkəsini test ediblər. Məlumata əsasən test edilmiş təcrübi 6G şəbəkəsi məlumatların rekord sürətlə ötürülməsini təmin edərək aktual 5G şəbəkələrini 5000 dəfə üstələyib. Tədqiqatçıların sözlərinə əsasən aparılmış test çərçivəsində onlar təcrübi 6G şəbəkəsində məlumatların saniyədə 938 Gbit sürətlə ötürülməsinə nail olublar. Müqayisə üçün qeyd etmək lazımdır ki, mövcud olan 5G şəbəkələrdə məlumatların ortalama ötürülmə sürəti saniyədə 200 Mbit təşkil edir.
Təcrübi 6G şəbəkəsində bu cür yüksək sürət məlumatların elektron və optik ötürülmə üsullarının kombinasiyası sayəsində əldə edilib. Bu cür kombinasiya naqilsiz şəbəkələrin mövcud məhdudiyyətlərini geridə qoymağa imkan verib. Adətən bu cür şəbəkələr radiodalğaları tezliklərin daha dar diapazonunda istifadə edirlər. Lakin bu diapazonların yüklənmiş olmaları ötürülən məlumatın ötürülmə sürətini aşağı salır. Mütəxəssislər isə radio texnologiyalar ilə optik həlləri birləşdirərək daha geniş diapazondan istifadə ediblər və nəticədə aşağı sürət məhdudiyyətini geridə qoyublar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin, 6G terahertz bağlantısı ilə daha bir ilkə imza atıb!
Çin, 6G terahertz bağlantısı ilə daha bir ilkə imza atıb!
Çinli tədqiqatçılar dünyada bir ilkə imza ataraq terahertz simsiz rabitə texnologiyası vasitəsilə yüksək dəqiqlikli video siqnallarını 1.2 kilometr məsafəyə uğurla ötürə biliblər.
5G-dən 10 dəfə daha sürətli: Yaponiyada 6G şəbəkəsi test edilib
5G-dən 10 dəfə daha sürətli: Yaponiyada 6G şəbəkəsi test edilib
Yaponiyanın şirkətlər konsorsiumu 6G mobil şəbəkəsi üçün nəzərdə tutulmuş ilk yüksək sürətli naqilsiz cihazı test edib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!