Tezliklə smartfonlara toxunmadan sadəcə üzünüzlə tətbiqləri idarə edə biləcəksiniz!
Elm & Texnologiya
15.05.2024
Farid Pardashunas
Google, ilk dəfə keçən il təqdim etdiyi və üzünüzü mouse-yə çevirdiyi “Project Gameface” texnologiyasını Android-ə gətirir. Həmçinin tərtibatçılar da bu texnologiyanı ehtiva edən tətbiqləri hazırlaya biləcəklər.
Google keçən ilki I/O tədbirində “Project Gameface” adlı tenologiyanı təqdim etmişdi. Stolüstü qurğular üçün təqdim edilən bu sistem, üzünüzlə mouse kursorunu idarə etməyə imkan verirdi. Bu ilki I/O tədbirində isə "Project Gameface"in Android-ə gələcəyi açıqlandı. Dünən gecəki tədbirdə Google, Project Gameface-in Android tərtibatçıları üçün açıq mənbəyə çevriləcəyini açıqladı. Bu o deməkdir ki, Project Gameface, proqramlara inteqrasiya oluna bilər və istifadəçilər tezliklə onu heç bir əlaqə olmadan yalnız üzləri ilə idarə edə biləcəklər.
Project Gameface, bu funksiyanı təmin etmək üçün cihazın kamerasından və MediaPipe-ın Face Landmarks Detection API-dən gələn və üz ifadələrindən ibarət bir məlumatlar bazasından istifadə edir. Üz və baş hərəkətləri aşkar edildikdən sonra kursor hərəkətlərinə çevrilir və üz ilə idarə imkanı təqdim edilir. Gameface layihəsi əvvəlcə oyunçular üçün əlçatanlıq xüsusiyyəti kimi təqdim edildi, lakin bu, məhdud hərəkətliliyi olan insanlara da kömək edə bilər.
Keçən il Google, bu texnologiyanın üzdəki 468 nöqtəni aşkarlaya biləcəyini və hər üz ifadəsinə fərqli hərəkətlərin təyin edilə biləcəyini bildirmişdi. Məsələn, sağ klik üçün gülmək və ya sol klik üçün göz qırpmaq kimi hərəkətlər müəyyən edilə bilər. Gələcəkdə Android tərtibatçıları bunların smartfonlardakı tətbiqlərə gəlməsini təmin edə biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google şirkəti Gemini 1.5 Flash adlı yeni süni zəka modelini təqdim edib
Google şirkəti Gemini 1.5 Flash adlı yeni süni zəka modelini təqdim edib
Google şirkəti özünün Gemini adlı süni zəka modelləri portfoliosunu genişləndirməyə davam edir.
Google foto tərtibatı üçün Imagen 3 adlı ən güclü süni zəka sistemini təqdim edib
Google foto tərtibatı üçün Imagen 3 adlı ən güclü süni zəka sistemini təqdim edib
Google şirkəti hal-hazırda keçirilən Google I/O 2024 konfransı çərçivəsində özünün fotoların tərtibatı üçün nəzərdə tutulmuş ən güclü süni zəka sistemini təqdim edib.
Google Gemini ilə daha dərin nitq ünsiyyətini təmin edən Gemini Live funksiyası təqdim edilib (VİDEO)
Google Gemini ilə daha dərin nitq ünsiyyətini təmin edən Gemini Live funksiyası təqdim edilib (VİDEO)
Google şirkəti Google I/O 2024 konfransı çərçivəsində özünün Gemini adlı süni zəka əsaslı çat-botu üçün nəzərdə tutulmuş yeni imkanı təqdim edib. Söhbət, Gemini Live adlı funksiyadan gedir.
Google şirkəti Veo adlı video tərtibatı alqoritmini təqdim edib (VİDEO)
Google şirkəti Veo adlı video tərtibatı alqoritmini təqdim edib (VİDEO)
Google şirkəti OpenAI tərəfindən 3 ay bundan öncə təqdim edilmiş Sora adlı neyron şəbəkəsinin Google I/O 2024 konfransı çərçivəsində rəqibini təqdim edib.
Google Pixel 9 smartfonlarının real fotoları təqdim edilib
Google Pixel 9 smartfonlarının real fotoları təqdim edilib
Google şirkəti bu ilin ikinci yarısında Pixel 9 smartfon seriyasını təqdim edəcək. Bir neçə müddət bundan öncə ortaya çıxmış məlumatlarda qeyd edilmişdi ki, Google bu il təqdim olunacaq Pixel 9 smartfon seriyasında 3 modeli sərgiləyəcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ