Toshiba dəqiqələr ərzində şarj olunan yeni növ litium-ion batareya hazırlayıb
Elm & Texnologiya
29.11.2023
Emil Nəcəfov
Toshiba şirkəti yeni növ litium-ion batareyanı hazırladığını elan edib. Şirkətin hazırlamış olduğu yeni növ litium-ion batareyanın əsas fərqləndirici və üstün tərəfi ondan ibarətdir ki, onun tərkibində kobalt mövcud deyil. Digər növ litium-ion batareyalardan fərqli olaraq Toshiba-nın hazırladığı batareya çox yüksək sürətli şarj imkanı və uzun xidmət müddəti ilə seçilir. Müasir litium-ion batareyalarda kobalt və nikel katod materialların komponentləri qismində çıxış edirlər. Bununla belə kobalt nadir torpaq metallarına aid edilir. Nəticədə onun istifadəsi yekun batareyanın qiymətini artırır.
Toshiba isə öz növbəsində kobalta ümumiyyətlə sahib olmayan və az miqdarda nikeli özündə birləşdirən batareyanı hazırlaya bilib. Tərkiblərində kobalt ilə nikeli birləşdirən litium-ion batareyaları daxilində gedən müəyyən kimyəvi proses nəticəsində batareyanın həcmi tədricən azalır. Toshiba isə bu məhdudiyyətdən yan keçərək batareya daxilindəki neqativ təsirləri minimuma endirib. Məlumatda qeyd edilib ki, şirkətin hazırlamış olduğu yeni növ litium-ion batareya 80% enerjini 5 dəqiqə ərzində yığır və öz həcminin 99.2%-ni hətta 100 dövr şarj prosesindən sonra da qoruyub saxlayır. Şirkət sözügedən yeni növ litium-ion batareyanın kütləvi istehsalına 2028-ci ildə start verməyi planlaşdırır. Yeni növ litium-ion batareya həm portativ cihazlarda həm də elektromobillərdə istifadə edilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!