main-post-cover

    Xiaomi Black Shark brendi altında yeni smart saatlarını təqdim etməyə hazırlaşır

    Elm & Texnologiya
    16.10.2023
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə Xiaomi şirkəti özünün Black Shark brendi altında Watch S1 adlı smart saatını qlobal bazarda təqdim etmişdi. Verilmiş yeni məlumata əsasən şirkət Black Shark brendi altında yeni smart saatlarını təqdim etməyə hazırlaşır. Söhbət, Black Shark Watch S1 ProS1 Classic adlı smart saatlardan gedir. Məlumatda qeyd edilib ki, hər iki smart saat dairəvi formalı ekranı, və 3 ədəd idarəetmə düyməsini əldə edəcək.
         Bununla yanaşı sözügedən smart saatlar istifadəçi səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş müxtəlif sensorlara və süni zəka funksiyalarına sahib olacaqlar. Təəssüflər olsun ki, bu smart saatların texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, onlar AMOLED ekranı və sudan qorunma özəlliyini əldə edəcəklər. Black Shark S1 Pro ilə S1 Classic-in yaxın günlərdə təqdim olunacaqları gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi MIUI-ni MiOS ilə əvəz edəcək
    xiaomi-mIuI-ni-mios-ile-evez-edecek