main-post-cover

    Yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman bu il insanlar üzərində test ediləcək

    Elm & Texnologiya
    13.05.2024
    Emil Nəcəfov
         Keçən il xəbər ortaya çıxmışdı ki, yapon alimlər yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman preparatı üzərində çalışırlar. Hazırlanmış dərman preparatı artıq heyvanlar üzərində uğurla test edilib. Yeni məlumata əsasən mütəxəssislər sözügedən dərman preparatının insanlar üzərində testlərinə start verməyə hazırlaşırlar. Məlumatda qeyd edilib ki, yeni dişlərin yetişdirilməsinə hədəflənmiş dərman preparatının testlərinə sentyabr ayında start veriləcək. Qeyd etmək lazımdır ki, yapon alimlərin hazırlamış olduqları dərman preparatı USAG-1 adlı genin bloklanmasına istiqamətlənib.
         USAG-1 adlı gen müəyyən zülallar ilə qarşılıqlı əlaqədə olur və bu da yeni dişlərin yetişməsi prosesini dayandırır. Hazırlanmış dərman preparatı isə sözügedən geni bloklamaqla yeni dişlərin yetişdirilməsini stimullaşdırmalıdır. Məlumata əsasən dərman preparatı müəyyən müddətdən sonra dişlərin böyüməsi ilə yanaşı karies və ya hər hansısa zədələnmə səbəbilə dişini itirmiş şəxsdə yeni dişin yetişməsinə imkan verəcək. Məlumata əsasən dərman preparatı vena üzərindən orqanizmə yeridiləcək. Kliniki testlərdə 30 yaşdan 64 yaşa kimi 30 nəfər kişi pasient iştirak edəcək.
         Bu dərman preparatının effektivliyini yoxlamaq üçün pasientlər ən azından arxa dişlərdən birinə sahib olmamalıdırlar. Daha sonra sözügedən dərman preparatı doğuşdan diş çatışmazlığı problemindən əziyyət çəkən şəxslərə təyin ediləcək. Bu mərhələdə pasientlərin yaş kateqoriyası 7-yə endiriləcək. Mütəxəssislər dərman preparatının təhlükəsiz olduğunu təsdiq edəndən sonra o, doğuşdan diş çatışmazlığı problemindən əziyyət çəkən hamıya təyin edilə biləcək. Dərman preparatının 2030-cu ildə satışa çıxması planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalının artıq 1/3 hissəsini təşkil edirlər
    berpa-olunan-enerji-menbeleri-elektrik-enerjisi-istehsalinin-artiq-13-hissesini-teskil-edirler
    Termonüvə rekordu: 50 milyon dərəcə Selsi temperaturlu plazmanı rekord müddət ərzində saxlamaq mümkün olub
    termonuve-rekordu-50-milyon-derece-selsi-temperaturlu-plazmani-rekord-muddet-erzinde-saxlamaq-mumkun-olub
    Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
    potensial-olaraq-suya-ve-heyat-novune-sahib-ola-bilecek-yeni-ekzoplanet-kesf-edilib
    Parçalanması üçün tərkibində bakteriyalara sahib yeni növ plastik material yaradılıb
    parcalanmasi-ucun-terkibinde-bakteriyalara-sahib-yeni-nov-plastik-material-yaradilib
    Çiy ət məhsullarının tərkiblərində antibiotiklərə dözümlü olan bakteriyalar aşkar edilib
    ciy-et-mehsullarinin-terkiblerinde-antibiotiklere-dozumlu-olan-bakteriyalar-askar-edilib