main-post-cover

    Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

    Digər
    07.05.2024
    Farid Pardashunas
         Azercell media nümayəndələri və aidiyyatı tərəfdaşlar üçün təşkil etdiyi “Davamlı bağlantı üçün dayanıqlı inkişaf: Azercell-in illik ESG hesabatının təqdimatı” adlı tədbirində Dayanıqlılıq hesabatını ictimaiyyətə açıqladı.
         Hesabat Qlobal Hesabat Təşəbbüsü (GRİ) standartlarına uyğun olaraq hazırlanıb və Azercell-in ekoloji, sosial və idarəetmə meyarları üzrə 2023-cü il fəaliyyətini əks etdirir.
         Şirkətin Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva bildirdi ki, hesabat Azercell-in ətraf mühit, sosial və idarəetmə sahələrində fəaliyyətini əks etdirməklə bərabər operatoru tərəfdaşlara yeni perspektivdən tanıdır. Hesabat Azercell-in dövlət, cəmiyyət və ətraf mühit qarşısında daşıdığı məsuliyyəti bir daha vurğulayaraq sağlam və təhlükəsiz gələcək naminə üzərinə götürdüyü öhdəliklərin icrasını nümayiş edir. Ş. Əliyeva qeyd etdi ki, Dayanıqlılıq strategiyası BMT-in Davamlı İnkişaf Məqsədləri ilə uzlaşır.
         Hesabatın ekoloji komponentində günəş enerjisi ilə işləyən baza stansiyaları, tullantı, su və yanacaqdan istifadənin azaldılması səyləri, batareyaların təkrar emalı və səmərəli enerji istehlakı vasitəsilə “karbon ayaq izi”ni azaltmaq səyləri öz əksini tapıb. Şirkət son illər ətraf mühitin qorunmasına dəstək məqsədilə Qarabağda iki, Qobustan və Tovuzun hər birində isə bir ədəd olmaqla günəş enerjisi ilə işləyən stansiya qurub.  
         Ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin səmərəliliyini artırmaq üçün Azercell-in əldə etdiyi ISO 14001:2015 standartı şirkətin ESG öhdəliyinin daha bir bariz nümunəsi kimi hesabatda öz yerini alıb.
         Şirkətin təhsil, idman, səhiyyə, qadın və uşaqların hüquqlarının qorunması, eləcə də ümumiyyətlə rəqəmsal inklüzivlik sahəsində dəstəklədiyi layihələr hesabatın sosial bölümündə öz əksini tapıb. Hesabata həmçinin Azercell-in qadınların güclənməsi və onların İKT sahəsində rolunun artırılmasına yönlənmiş xüsusi proqramları da daxil edilib.
    Hesabatda lider mobil operatorun əməkdaşlarının bilik, bacarıq və rifahının yüksəldilməsi məqsədilə həyata keçirdiyi tədbirlər də əksini tapıb.  Onu da qeyd edək ki, bu tədbirlər sayəsində Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors in People” - İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir.
         Hesabatda da qeyd olunduğu kimi, Azercell-in korporativ idarəetməsi qarşılıqlı etimadın artırılması prinsipinə əsaslanır. Belə ki, lider mobil operator təşkilat daxilində şəffaf qərarvermə və effektiv hesabatlılığı təşviq edən idarəetmə modelini tətbiq edir.
         “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova hesabatı şərh edərkən bunları vurğuladı: “Davamlı olaraq inkişaf edən dünyada dayanıqlılıq artıq seçim deyil, bir zərurətdir. Dayanıqlı biznes ilk növbədə abunəçilərimiz üçün fasiləsiz və rahat bağlantı, eləcə də ölkədəki bir sıra strateji proses və funksiyaların davamlı işləməsi deməkdir. Buna görə də dayanıqlılıq sadəcə dəbli anlayış yox, əsl strateji seçimdir.” 
         Hesabat haqqında ətraflı məlumat əldə etmək üçün: 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verdi
    azercell-premium-tarifi-ve-premium-loyalliq-proqramini-istifadeye-verdi
    “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək
    gsma-m360-eurasia-2024-bakida-beynelxalq-senaye-liderlerini-bir-araya-getirecek
    “Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında
    geleceyi-oz-ellerinle-yarat-layihesi-qadin-siginacaginda
    Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər
    genclerimiz-informatika-texnologiyalari-sahesinde-ugurlu-neticeler-elde-etmeye-davam-edirler
    Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı
    bohran-idareetme-qrupu-layihesinin-ilk-simulyasiya-testi-ugurla-basa-catdi