MrBeast-in "Tərk edilmiş bir şəhərdə 7 gün sağ qaldım" videosu saxta çıxdı!
Digər
29.04.2024
Farid Pardashunas
MrBeast tərəfindən həm YouTube, həm də X-də yayımlanan "Tərk edilmiş bir şəhərdə 7 gün sağ qaldım" adlı videonun uydurma olduğu üzə çıxıb. Videoda gördüyümüz yer isə əslində Xorvatiyada turistlərin və yerli əhalinin tez-tez ziyarət etdiyi sahil ərazisidir.
X-dəki oxucular MrBeast-in videosuna icma qeydi əlavə edərək, videonun uydurma olduğunu ortaya çıxarıb. Tərk edildiyi iddia edilən yer isə əslində Xorvatiyanın Dubrovnik şəhərindəki Kupari adlı ictimai ərazidir. Bura, hətta bir şəhər belə deyil, sadəcə bir neçə tərk edilmiş binadan ibarət ərazidir. Bu binalar 1991-1995-ci illər arasında davam edən Xorvatiya müharibəsi zamanı zərər görərək bu vəziyyətə gəlib. Ərazi isə nazirliyin nəzarətində olan və insanlar tərəfindən ziyarət edilə bilən yer olaraq tanınır. Hətta piyada 3 dəqiqəlik bir məsafədə barın belə olduğu deyilir.
Video ilə bağlı ortaya çıxan məlumatlar bunlarla məhdudlaşmır. Express-in paylaşdığı xəbərə görə, Dubrovnikin cənubunda yerləşən Kupari adlanan bu sahil bölgəsi əslində turistlər və yerli əhali arasında məşhur yer olub. Eyni şəkildə, videodakı tərk edilmiş otel kompleksi də tez-tez ziyarət edilən səyahət məkanı olub.
İddialara görə, MrBeast video çəkilişi zamanı əraziyə turistlərin və ya yerli əhalinin gəlməsinin qarşısını almaq üçün pul ödəyib. Kleine Zentug tərəfindən paylaşılan bir xəbərdə videodakı binaların cəmi 31 min 500 avroya icarəyə götürüldüyü və insanların bu şəkildə uzaq tutulduğu göstərilir. Hətta çəkiliş zamanı heç kimin gəzməsinə belə icazə verilməyib.
Həmçinin izləyiciləri məyus edə biləcək daha bir neçə məlumatlar da var. Bölgədən alınan məlumata görə, video 7 gün ardıcıl olaraq çəkilməyib. Buna səbəb komandada bəzi insanların səhhətində problem olmasıdır. Bundan əlavə, rayona avtomobillə gediş-gəlişin olduğu da deyilir. Belə ki, videodakı təkcə helikopterlə getməyin mümkün olduğu iddiası doğru deyil.
Bütün bunlar onu göstərir ki, MrBeast-in belə videoları pərəstişkarlarının düşündüyü qədər cəlbedici olmaya bilər. Məşhur YouTuberdən mövzu ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google, ReVanced kimi reklamsız YouTube videolarını izləməyə imkan verən tətbiqləri blok etməyə başlayıb!
Google, ReVanced kimi reklamsız YouTube videolarını izləməyə imkan verən tətbiqləri blok etməyə başlayıb!
Dünyanın ən məşhur onlayn video platforması olan YouTube bir müddətdir ki, reklam bloklayıcılara qarşı mübarizə aparır. Platforma artıq bir neçə müddətdir ki, bir çox ölkədə reklam bloklayıcı plaginləri əngəlləyir.
YouTube öz yeni dizaynını test etməyə başlayıb
YouTube öz yeni dizaynını test etməyə başlayıb
YouTube öz saytının yeni dizaynını test etməyə start verib.
Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir
Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir
Meta şirkəti ABŞ Federal Ticarət Komissiyasının (FTC) şirkətə qarşı olan antimonopoliya məhkəmə iddiasının ləğv edilməsi istiqamətində bu həftə federal məhkəməyə xahiş sorğusu göndərib.
MrBeast tərəfindən Prime Video platformasında tarixin ən böyük pul mükafatlı yarışı keçiriləcək!
MrBeast tərəfindən Prime Video platformasında tarixin ən böyük pul mükafatlı yarışı keçiriləcək!
İnsanlara pul hədiyyə etməklə yanaşı bir çox fərqli mövzularda əyləncəli məzmunlar hazırlayan MrBeast (Jimmy Donaldson) 245 milyon abunəçi sayı ilə dünyanın ən böyük YouTuber-lərindən biri hesab olunur. Son günlərdə ortaya çıxan məlumatlara görə isə məşhur YouTuber tamamilə yeni platformada bir daha pul mükafatları ilə qarşımıza çıxacaq.
Məşhur YouTuber-in bir sözü avtomobil şirkətinin az qala bütün səhmlərini itirməyinə səbəb olub!
Məşhur YouTuber-in bir sözü avtomobil şirkətinin az qala bütün səhmlərini itirməyinə səbəb olub!
Sosial media ilə həyatımıza daxil olan influencer-lər tez-tez öz rəy və qiymətləndirmələrini bizimlə paylaşırlar. Bu influncer-lərdən biri olan Marques Brownlee, Fisker avtomobilərindən birini test etdikdən sonra "indiyə qədər gördüyüm ən pis avtomobildir" dedi və onun bu sözlərindən sonra avtomobil şirkətinin səhmləri xeyli ucuzlaşmağa başlayıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!