main-post-cover

    Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir

    Tech-Biznes
    06.04.2024
    Farid Pardashunas
         Meta şirkəti ABŞ Federal Ticarət Komissiyasının (FTC) şirkətə qarşı olan antimonopoliya məhkəmə iddiasının ləğv edilməsi istiqamətində bu həftə federal məhkəməyə xahiş sorğusu göndərib. Məhkəməyə həmçinin təqdim edilmiş sənədlərdə Instagram-ın son illər ərzində reklam biznesindən nə qədər gəlir əldə etdiyi qeyd edilib. Məlum olub ki, Instagram-ın reklam gəlirləri YouTube platformasının reklam gəlirlərindən daha çoxdur.
         Məlumata əsasən 2021-ci ildə reklam biznesi Instagram-a 32.4 milyard dollar gəlir gətirib. YouTube isə 2021-ci ildə reklam biznesindən 28.8 milyard dollar gəlir əldə edib. Bunun əsas səbəbi ondadır ki, YouTube reklam biznesindən əldə edilmiş hər bir dolların 55%-ni videoservisə kontent yükləyən video müəlliflərə ödəyir. Instagram isə öz növbəsində kontent müəlliflərinə daha az vəsait ödəyir. Məlumatda qeyd edilib ki, 2019-cu ildə Instagram reklam biznesi sayəsində 17.9 milyard dollar, 2020-ci ildə isə 22 milyard dollar gəlir əldə edib. YouTube öz növbəsində həmin illər ərzində müvafiq olaraq 15.1 milyard dollar 19.7 milyard dollar qazanıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Facebook-un mobil versiyasında yeni video player istifadəyə veriləcək
    facebook-un-mobil-versiyasinda-yeni-video-player-istifadeye-verilecek
    Netflix-ə Facebook Messenger istifadəçilərinin mesajlarını oxumaq imkanı verilibmiş
    netflix-e-facebook-messenger-istifadecilerinin-mesajlarini-oxumaq-imkani-verilibmis
    Birinci nəsil Oculus Quest-in dəstəyi yaxın zamanda dayandırılacaq
    birinci-nesil-oculus-quest-in-desteyi-yaxin-zamanda-dayandirilacaq
    Instagram yaxın zamanda Blend adlı yeni funksiyanı işə salacaq
    instagram-yaxin-zamanda-blend-adli-yeni-funksiyani-ise-salacaq
    Instagram üçün Spin adlı yeni funksiya anons edilib
    instagram-ucun-spin-adli-yeni-funksiya-anons-edilib