Exynos vasitəsilə çalışan bəzi Samsung cihazlarında ciddi sistem boşluğu aşkar edilib
Təhlükəsizlik
31.10.2024
Emil Nəcəfov
Samsung şirkəti Exynos prosessorları vasitəsilə çalışan bəzi smartfon və smart saatlarda ciddi sistem boşluğu aşkar edib. Aşkar edilmiş sistem boşluğu istifadəçilərin özəl məlumatlarını təhlükə altına atır. Buna görə də istifadəçilərə öz cihazlarındakı təhlükəsizlik sistemini yeniləmək məsləhət görülür. Samsung bildirib ki, təhlükə altına Exynos 9820, Exynos 9825, Exynos 980, Exynos 990, Exynos 850 və Exynos W920 prosessorları vasitəsilə çalışan cihazlar düşüblər.
Söhbət, Galaxy S20, Galaxy Note 20, Galaxy S10, Galaxy Note 10, Galaxy A21, Galaxy A51, Galaxy A71 smartfonlarından və Galaxy Watch 4, Galaxy Watch 5, Galaxy Watch FE smart saatlarından gedir. Aşkar edilmiş sistem boşluğu hakerlərə sistem səviyyəsində istifadəçilərin özəl məlumatlarını əldə etmək imkanını verir. Bu cür məlumatlara həmçinin bank rekvizitləri, özəl mesajlar və fotolar da daxildir. Google bildirib ki, hakerlər zərərli proqram təminatı kodunu cihazlarda gedən Samsung proseslərindən biri kimi maskalayıblar.
Buna görə də daha öncəki sistem skanı çərçivəsində həmin kodu aşkar etmək mümkün olmayıb. Sistem boşluğu səbəbilə hansı sayda cihazın zərər gördüyü və hansı miqdarda məlumatın oğurlandığı barəsində Samsung heç bir məlumat təqdim etməyib. Google bildirib ki, hakerlər sözügedən sistem boşluğundan istifadə üçün lazımi zamana sahib olublar. Samsung artıq təhlükəsizlik yenilənməsini istifadəçilərə göndərməyə başlayıb. Problemin aradan qaldırılmasına kimi şirkət istifadəçilərə kənar mənbələrdən tətbiq yükləməməyi məsləhət görür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung flaqman smartfonlarını fərqli brend altında satışa çıxara bilər
Samsung flaqman smartfonlarını fərqli brend altında satışa çıxara bilər
Hal-hazırda Samsung şirkəti öz smartfonlarını hamının yaxşı tanıdığı Galaxy brendi altında satışa çıxarır. Lakin yaxın gələcəkdə şirkət bu istiqamətdəki strategiyasını dəyişə bilər.
Samsung dözümlü gövdəyə sahib Galaxy XCover 8 smartfonu və Galaxy Tab Active 5 Pro planşeti üzərində çalışır
Samsung dözümlü gövdəyə sahib Galaxy XCover 8 smartfonu və Galaxy Tab Active 5 Pro planşeti üzərində çalışır
Samsung şirkəti dözümlü gövdələri ilə tanınan Galaxy XCover və Tab Active seriyalarının yeni cihazlarını təqdim etməyə hazırlaşır.
Samsung Galaxy S25 FE hansı prosessoru əldə edəcək?
Samsung Galaxy S25 FE hansı prosessoru əldə edəcək?
Samsung Galaxy S24 FE-nin hələ bir neçə müddət bundan öncə satışa çıxmasına baxmayaraq artıq indidən Galaxy S25 FE barəsində məlumatlar ortaya çıxmağa başlayıb.
Apple Intelligence serverlərini sındıracaq şəxsə 1 milyon dollar mükafat söz verilib
Apple Intelligence serverlərini sındıracaq şəxsə 1 milyon dollar mükafat söz verilib
Görünür, Apple şirkəti özünün süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosisteminin təhlükəsizliyini ciddi şəkildə təmin etməyi hədəfləyib.
Google və Samsung kimi digər şirkətlər də öz smartfonlarında 7 illik Android dəstəyini təmin edə biləcəklər
Google və Samsung kimi digər şirkətlər də öz smartfonlarında 7 illik Android dəstəyini təmin edə biləcəklər
Google və Samsung Android smartfon istehsalçıları arasında 7 il müddətinə əməliyyat sistemi yenilənməsini təklif edən ilk şirkətlər oldular.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!