Gamerlərə hədəflənmiş yeni dələduzluq sxemi aşkar edilib
Təhlükəsizlik
23.04.2024
Farid Pardashunas
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən McAfee şirkəti gamerlərə hədəflənniş hiyləgər dələduzluq sxemini aşkar edib. Belə ki, hakerlər gamerlərə Cheat Lab adlı pulsuz cheat tətbiqini təklif edirlər. Əslində isə bu tətbiq özündə RedLine adlı troyan (trojan) virusunu gizlədir. Cheat Lab tətbiqinin kompüterə quraşdırılmasından sonra istifadəçinin əsas özəl məlumatları bu tətbiqə yüklənir və nəticədə hakerlərin serverlərinə ötürülür.
Sözügedən zərərli tətbiqin əhatə dairəsini genişləndirmək üçün hakerlər bəyan edirlər ki, öz dostları ilə bu tətbiqdəki cheat-ləri paylaşmış istifadəçilər cheat-lərin tam funksionallığını aktivləşdirə biləcəklər. Tətbiq hətta təsdiq açarının daxil edilməsini təklif edərək istifadəçinin güvənini də qazana bilir. McAfee mütəxəssisləri aşkar ediblər ki, təhlükəsizlik sistemlərindən yan keçmək yolunda hakerlər RedLine adlı troyan virusunu tətbiq daxilindəki cheat kod şəklində yaxşıca maskalayıblar. Mütəxəssislər bu cür tətbiqləri yükləməmişdən öncə onların sertifikatları ilə tanış olmağı məsləhət görürlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Barmaq izlərinin səs vasitəsilə oğurlanması üsulu yaradılıb
Barmaq izlərinin səs vasitəsilə oğurlanması üsulu yaradılıb
Amerikalı və çinli alimlər insanın barmaq izini təşkil edən papilyar xətlərin təsvirlərini səs analizi vasitəsilə bərpa edə bilən yeni üsulu hazırlayıblar.
Hakerlər kiberhücumların təkmilləşdirilməsində böyük dil modellərindən istifadə etməyə başlayıblar
Hakerlər kiberhücumların təkmilləşdirilməsində böyük dil modellərindən istifadə etməyə başlayıblar
Microsoft və OpenAI şirkətləri bildiriblər ki, müxtəlif dövlətlərin hökumətləri tərəfindən dəstəklənən haker qruplaşmaları mövcud kiberhücum üsullarının təkmilləşdirilməsində müxtəlif çat-botların əsaslarını təşkil edən böyük dil modellərindən (Large Language Model / LLM) istifadə etməyə başlayıblar.
Android cihazlar üçün olan virus 12 ədəd mobil tətbiqdə aşkar edilib
Android cihazlar üçün olan virus 12 ədəd mobil tətbiqdə aşkar edilib
Distant şəkildə Android cihazdan məlumatları ələ keçirtməyə imkan verən VajraySpy adlı troyan (trojan) 12 ədəd mobil tətbiqdə aşkar edilib.
Milyardlarla insanın müxtəlif platformalardakı hesab məlumatları sızdırılıb
Milyardlarla insanın müxtəlif platformalardakı hesab məlumatları sızdırılıb
Security Discovery şirkətinin İT mütəxəssisləri internetdə 12 TB həcmində məlumatlar bazası aşkar ediblər.
Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib
Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib
Trail of Bits şirkətinin mütəxəssisləri Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ