Google, Amazon və digər böyük şirkətlər istifadəçilərinin danışıqlarını dinləyirlər
Təhlükəsizlik
04.09.2024
Emil Nəcəfov
Cox Media Group adlı media holdinqi texnoloji şirkətlərə hədəflənmiş reklamların formalaşdırılması üçün yeni alətin istifadəsini təklif edib. Təklif edilmiş alət ev cihazları tərəfindən əldə edilən audio yazılarını analiz edir. Bu tətbiq barəsində məlumat hələ keçən il ortaya çıxmışdı. 404 Media adlı resurs isə öz növbəsində Cox Media Group holdinqinin texnoloji şirkətlər üçün nəzərdə tutulmuş bu alətinin təqdimatını aşkar edərək təsdiqləyib ki, böyük texnoloji şirkətlər reklam məqsədləri üçün öz istifadəçilərinin danışıqlarını dinləyirlər.
Barəsində danışılan alət Active Listening adlanır. O, real zaman ərzində istifadəçiləri dinləyərək onların məqsədləri barəsində məlumatları təyin etməyi bacaran smart cihazlardan əldə edilən məlumatlar əsasında çalışır. Bu cür məlumatları yığaraq reklamçılar audio məlumatları istifadəçilərin davranışları ilə birləşdirmək imkanını əldə edirlər. Məqsəd isə hər bir istifadəçiyə hədəflənmiş reklamın sərgilənməsidir. İstifadəçilərin internetdəki davranışları barəsində məlumatların əldə edilməsində isə süni zəkadan istifadə edilir.
Süni zəka öz növbəsində istifadəçilərin 470 mənbədən audio və davranış məlumatlarını yığaraq analiz edir. Audio və davranış məlumatlarının yığılmasına istiqamətlənmiş bu cür alətlər ABŞ-dakı reklamçılara təklif edilir. ABŞ-ın bir çox ştatında isə telefon danışıqlarının dinlənilməsi mövzusunda müəyyən qanunlar var. Belə ki, istifadəçilərin telefon danışıqlarının onların xəbərləri olmadan dinlənilməsi qadağandır. Məlumata əsasən Cox Media Group holdinqi bu mövzuda Meta, Google və Amazon kimi nəhəng şirkətlərlə əməkdaşlıq edir. Lakin adları sadalanmış bu şirkətlər Cox Media Group ilə əməkdaşlıqlarını təkzib ediblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google insan səsi sayəsində xəstəliyi təyin edə biləcək süni zəka üzərində çalışır
Google insan səsi sayəsində xəstəliyi təyin edə biləcək süni zəka üzərində çalışır
Google şirkəti müasir süni zəka sistemlərinin imkanlarını genişləndirməyə qərar verib.
Google, Gmail üçün sürətli cavab funksiyasını təqdim edib!
Google, Gmail üçün sürətli cavab funksiyasını təqdim edib!
Google, tezliklə Gmail Android tətbiqinə gələcək sürətli cavab funksiyasını təqdim edib. Artıq tam ekrana keçmədən gələn e-poçta tez cavab vermək mümkün olacaq.
Meta şirkəti qarışıq reallıq eynəyi üzərində çalışır
Meta şirkəti qarışıq reallıq eynəyi üzərində çalışır
The Information saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti uzun müddət ərzində böyük ölçülü VR cihazları istifadə etmək istəməyənlər üçün qarışıq reallıq (AR + VR / Mixed Reality / MR) eynəyi üzərində çalışır.
Google Play Market-də bir neçə tətbiqin eyni anda yenilənməsi və yüklənməsi imkanı istifadəyə verilib
Google Play Market-də bir neçə tətbiqin eyni anda yenilənməsi və yüklənməsi imkanı istifadəyə verilib
Google şirkəti özünün Play Market platformasını yeniləyib. Nəticədə Google şirkətinin tətbiqlər mağazasına yeni faydalı özəllik əlavə edilib.
Google Gemini, WhatsApp-dakı zəngləri və bildirişləri emal edə biləcək
Google Gemini, WhatsApp-dakı zəngləri və bildirişləri emal edə biləcək
Yaxın zamanda Google Gemini rəqəmsal köməkçisi WhatsApp-dakı mesajları və bildirişləri emal edə biləcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ