Meta şirkəti qarışıq reallıq eynəyi üzərində çalışır
Cihazlar+
29.08.2024
Emil Nəcəfov
The Information saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti uzun müddət ərzində böyük ölçülü VR cihazları istifadə etmək istəməyənlər üçün qarışıq reallıq (AR + VR / Mixed Reality / MR) eynəyi üzərində çalışır. Məlumata əsasən Meta tərəfindən hazırlanan MR eynək Puffin kod adına sahibdir və o, adi eynəkdən bir qədər böyük ölçüyə sahib olsa da, xarici görünüşcə tamamilə adi eynəyə bənzəyir. Gözləntilərə əsasən əgər Meta sözügedən MR eynək üzərində işləri davam etdirsə, o, 2027-ci ildən tez satışa çıxmayacaq.
The Information saytı bildirib ki, hazırlanan MR eynəyin çəkisi 110 qramm təşkil edir. Yəni onun çəkisi Meta ilə Ray-Ban tərəfindən satışa buraxılan smart eynəyin çəkisindən bir qədər çox, Meta tərəfindən satışa buxarılan Quest 3 adlı VR cihazın çəkisindən isə olduqca azdır. MR eynəyin ənənəvi VR cihazdan daha kiçik ölçüdə olacağını nəzərə alaraq güman etmək olar ki, eynək özündə prosessoru və xarici batareya blokunu birləşdirəcək. Bununla yanaşı MR eynək çox güman ki, idarəetmə sistemi mövzusunda istifadəçi gözlərinin və əllərinin izlənməsi özəlliyini dəstəkləyəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta şirkəti yeni büdcəli VR cihazını təqdim etməyə hazırlaşır
Meta şirkəti yeni büdcəli VR cihazını təqdim etməyə hazırlaşır
Bloomberg saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti yeni VR cihazını anons etməyə hazırlaşır.
Meta qarışıq reallıq cihazı layihəsini ləğv edib
Meta qarışıq reallıq cihazı layihəsini ləğv edib
The Information saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti özünün qarışıq reallıq (AR + VR) cihazı layihəsini ləğv edib.
WhatsApp-da iranlı hakerlərin hesabları bloklanıb
WhatsApp-da iranlı hakerlərin hesabları bloklanıb
Meta şirkəti rəsmi şəkildə bildirib ki, o, WhatsApp-da iranlı hakerlər tərəfindən istifadə edilmiş hesabları bloklayıb.
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta sosial media platformaları, YouTube və Instagram vasitəsilə uşaqları hədəfə alıb. Reklam siyasətləri ilə uşaqları cinsiyyətçi reklamlara məruz qoyan şirkətlər, ortaqlıqları üzə çıxdıqdan sonra planlarından əl çəkiblər.
Böyük texnoloji şirkətlər süni zəkaya ümumilikdə artıq 100 milyard dollardan çox investisiya yatırıblar
Böyük texnoloji şirkətlər süni zəkaya ümumilikdə artıq 100 milyard dollardan çox investisiya yatırıblar
Böyük texnoloji şirkətlər bu il öz xərclərini ümumi olaraq 100 milyard dollardan yüksək məbləğə kimi artırıblar. Bu isə həmin şirkətlərin keçən ilki ümumi xərclərindən 50% yüksəkdir.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!