Google-nin sözlərinə görə, Microsoft, müştərilərini kiberhücumlara qarşı qoruya bilmir!
Təhlükəsizlik
21.05.2024
Farid Pardashunas
Google, öz hesabatında Microsoft-un təhlükəsizlik zəifliklərinə toxunub. Axtarış nəhəngi Google, Microsoft-un müştərilərini kiberhücumlardan qoruya bilmədiyini bildirib.
Google, hesabatında Çin hakerlərinin keçən il Microsoft Exchange sistemlərinə sızma məsələsinə toxunub. Şirkət təhlükəsizlik pozuntusunu ictimaiyyətə dəqiq şəkildə açıqlaya bilmədiyi üçün Microsoft-u tənqid edir. Google, həmçinin o zaman edilən, lakin xətalı olan federal araşdırma nəticələrinin Microsoft tərəfindən düzəldilmədiyinə də istinad edib. Google həmçinin vurğulayır ki, Microsoft hələ də təcavüzkarların Exchange sistemlərinin açarlarını necə əldə etdiyini bilməməklə yanaşı, özünü və müştərilərini də kiberhücumlardan qoruya bilmir. Digər tərəfdən, Google, həm biznes, həm də dövlət sektoru təşkilatları üçün daha yaxşı alternativin lazım olduğunu söyləyərək, Google Workspace-i təkmilləşdirir. Google, Microsoft xidmətlərindən Google Workspace Enterprise Plus-a keçənlərə xüsusi endirimlər təklif edir. Müəssisələr üç illik müqavilə bağladıqları təqdirdə 18 ay müddətində xidmətdən pulsuz yararlana bilərlər.
Bundan əlavə, son dövrlər Microsoft üçün kibertəhlükəsizlik baxımından yaxşı keçmir. Çinli hakerlərin Exchange hücumları ilə yanaşı, rus hakerlərinin də ciddi hücumları olub. Hətta Microsoft bu barədə açıqlamasında, “Rus hakerləri mənbə kodlarımıza daxil olublar" deyib. Bu təhlükəsizlik problemlərinə görə, keçən il şirkət, yanlışlıqla 38 TB-lıq məlumatı sızdırmışdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Windows XP-ni nəyə görə 2024-cü ildə istifadə etmək lazım deyil? (VİDEO)
Windows XP-ni nəyə görə 2024-cü ildə istifadə etmək lazım deyil? (VİDEO)
Eric Parker adlı texnobloggerin öz YouTube kanalında təqdim etmiş olduğu maraqlı videoda Windows XP-nin zərərli proqram təminatlarından qorunma mövzusunda necə geridə qaldığı əks olunub.
Android 15-də 5 yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək
Android 15-də 5 yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək
Google şirkəti Android 15 üçün nəzərdə tutulmuş 5 yeni təhlükəsizlik funksiyasını anons edib.
Google-un süni intellekti, fırıldaqçılar zənglə şəxsi məlumatlarınızı soruşmaq istədikdə sizə xəbərdarlıq edəcək!
Google-un süni intellekti, fırıldaqçılar zənglə şəxsi məlumatlarınızı soruşmaq istədikdə sizə xəbərdarlıq edəcək!
Google, istifadəçiləri saxta zənglər barədə xəbərdar edəcək xüsusiyyəti Android-ə gətirməyi planlaşdırdığını açıqlayıb. Sistem, süni intellektin dəstəyi ilə zəng zamanı şübhəli söhbətləri aşkar edə biləcək.
Google, Trillium adlı yeni nəsil süni intellekt TPU-larını təqdim edib!
Google, Trillium adlı yeni nəsil süni intellekt TPU-larını təqdim edib!
Google, I/O çərçivəsində, proqram təminatı ilə yanaşı, süni intellekt üçün avadanlıqlarını da təqdim edib. Bu kontekstdə şirkət Cloud TPU-nun altıncı nəsli Trillium-nu rəsmi olaraq sərgiləyib.
Tezliklə smartfonlara toxunmadan sadəcə üzünüzlə tətbiqləri idarə edə biləcəksiniz!
Tezliklə smartfonlara toxunmadan sadəcə üzünüzlə tətbiqləri idarə edə biləcəksiniz!
Google, ilk dəfə keçən il təqdim etdiyi və üzünüzü mouse-yə çevirdiyi “Project Gameface” texnologiyasını Android-ə gətirir. Həmçinin tərtibatçılar da bu texnologiyanı ehtiva edən tətbiqləri hazırlaya biləcəklər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!