Hakerlər 50 Cent-in X-dəki hesabını sındıraraq yarım saatda 3 milyon dollar qazanıblar
Təhlükəsizlik
24.06.2024
Emil Nəcəfov
50 Cent ləqəbi ilə tanınan məşhur reper Curtis James Jackson öz pərəstişkarları ilə birlikdə dələduzluğun qurbanına çevrildiyini bildirib. Reperin sözlərinə əsasən kimliyi bilinməyən şəxslər bir neçə müddət bundan öncə dövriyyəyə buraxılmış $GUNIT adlı meme kriptovalyutanı onun pərəstişkarları arasında yaymaq məqsədilə onun X-dəki (keçmiş Twitter) hesabını və Thisis50 saytını sındırıblar. Məlumata əsasən adı qeyd edilmiş kriptovalyuta G-Unit adlı hip-hop qrupunun şərəfinə adlandırılıb. 50 Cent də daha öncə bu qrupun üzvlərindən biri olub.
“Mənim Twitter hesabım və Thisis50.com saytı hakerlər tərəfindən sındırılıb. Mənim bu kriptovalyutaya heç bir aidiyyatım yoxdur” - deyə reper öz Instagram hesabında qeyd edib.
Reper bildirib ki, X sosial şəbəkəsinin administrasiyası baş vermiş hadisəyə sürətli reaksiya verərək hesabı bloklamış olsa da, hakerlər pump-and-dump adlı taktikadan istifadə edərək külli miqdarda vəsait qazanıblar. Bu taktika çərçivəsində hər hansısa token ətrafında səs-küyün yaradılması və tokenin özünün qiymətinin yüksəldilməsi üçün kriptovalyutaya olan tələbatın artması ilə bağlı saxta mesajlar yayılır. Nəticədə hakerlər kriptovalyutanı əldə etmiş şəxslərin vəsaitlərini sadəcə olaraq oğurlayırlar. Məlumata əsasən 50 Cent üzərindən reallaşdırılmış bu dələduzluq sxemi sayəsində hakerlər yarım saat ərzində 3 milyon dollar vəsait qazanıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hakerlər mövcud şifrələrin 45%-ni 1 dəqiqəyə təyin edə bilərlər
Hakerlər mövcud şifrələrin 45%-ni 1 dəqiqəyə təyin edə bilərlər
Kaspersky Lab şirkətinin mütəxəssisləri darknetdə aşkar edilmiş 193 milyon şifrəni bu ay analiz ediblər.
Bir mesajla TikTok hesabının oğurlanması təhlükəsi ortaya çıxıb
Bir mesajla TikTok hesabının oğurlanması təhlükəsi ortaya çıxıb
Ortaya çıxmış yeni məlumata əsasən TikTok istifadəçiləri öz hesablarının oğurlanması təhlükəsi ilə qarşı-qarşıya qala bilərlər.
ABŞ Milli Təhlükəsizlik Agentliyi mobil cihazlarda kiberhücumlardan qorunmaq üçün bəzi məsləhətlər verib
ABŞ Milli Təhlükəsizlik Agentliyi mobil cihazlarda kiberhücumlardan qorunmaq üçün bəzi məsləhətlər verib
ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) mobil cihazlar üçün artan təhlükələr barəsində xəbərdarlıq edib.
ABŞ Milli Təhlükəsizlik Agentliyi xəbərdarlıq edib: Telefonlarınızı yenidən başladın!
ABŞ Milli Təhlükəsizlik Agentliyi xəbərdarlıq edib: Telefonlarınızı yenidən başladın!
iPhone və Android istifadəçilərinə mühüm təhlükəsizlik xəbərdarlığı gəlib: Özünüzü "Zero Click" proqram təminatından qorumaq üçün telefonlarınızı yenidən başladın.
Kompüterlərdə süni zəka tətbiqi kimi maskalanan yeni virus yayılır
Kompüterlərdə süni zəka tətbiqi kimi maskalanan yeni virus yayılır
Kaspersky Lab şirkətinin mütəxəssisləri yeni zərərli proqram təminatını aşkar ediblər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!