Kia avtomobillərində hətta uzaqdan telefonla da idarə oluna biləcək təhlükəsizlik zəifliyi aşkar edilib!
Təhlükəsizlik
01.10.2024
Farid Pardashunas
Kia modellərində çox ciddi bir təhlükəsizlik zəifliyi aşkar edilib. Bu təhlükəsizlik zəifliyi ilə hakerlərin nəqliyyat vasitələrinə uzaqdan daxil ola və idarə edə bildiyi görülüb. Lakin xoşbəxtlikdən problem qısa müddətdə həll olunub.
Kia modelləri son illərdə sosial mediada yayılan videolar səbəbilə bir çox oğurluq hadisəsinə məruz qalmışdı. Sözügedən hadisələrdə avtomobillər USB kabel və ya burğac kimi vasitələrlə oğurlanırdı. İndi isə yenidən Kia avtomobilləri ilə bağlı bir təhlükəsizlik zəifliyi aşkar edilib. Ancaq bu dəfə burğac kimi alətlərə ehtiyac yoxdur. Sadəcə bir telefon istifadə etmək kifayətdir. Bu zəiflik, daha əvvəl digər markaların da oxşar problemlərini üzə çıxaran Sam Curry tərəfindən paylaşılıb. Curry-nin dediyinə görə, hakerlər sadəcə ağıllı telefon və nömrə nişanını istifadə edərək Kia modellərinin yerlərini görə, avtomobillərin mühərrikini işə sala və ya söndürə, qapılarını kilidləyib-aça, siqnal verib, faraları işə sala və hətta kameralarına da daxil ola bilirlər. Bütün bunlar uzaqdan həyata keçirilir. Yəni bu, doğurdan da çox böyük bir təhlükədir.
Bu təhlükəsizlik zəifliyinin 2014-cü ilə qədər istehsal edilən Kia modellərində görüldüyü bildirilir. Yəni 10 il əvvəlki avtomobillərdə belə baş verə biləcək bir vəziyyətdir. Bundan əlavə, istifadəçinin adı, telefon nömrəsi, e-poçt ünvanı və fiziki ünvanı kimi həssas məlumatlarına da giriş əldə edilirmiş. Hakerlər bu zəiflik sayəsində özlərini görünməz ikinci bir istifadəçi kimi əlavə edə bilirlərmiş.
Curry-nin sözlərinə görə, problem, dilerlər tərəfindən istifadə edilən bir Kia veb portalında ortaya çıxıb. Komanda müəyyən API suistifadəsindən sonra saxta bir diler hesabı yarada bilib. Curry həmçinin əlavə edib: "Zərərçəkən tərəfdən avtomobilə girişin əldə edildiyinə və ya giriş icazələrinin dəyişdiyinə dair heç bir bildiriş yox idi". Xoşbəxtlikdən, təhlükəsizlik boşluğu aşkar edildikdən sonra problem Kia tərəfindən həll olunub. Yəni hazırda bu cür uzaqdan giriş mümkün deyil. Lakin Curry və komandası avtomobillərin təhlükəsizlik boşluqlarına sahib olmağa davam edəcəyini və diqqətli olmaq lazım olduğunu vurğulayır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-nin yaddaşına saxta məlumatlar daxil etməklə istifadəçi məlumatlarını oğurlamaq olar
ChatGPT-nin yaddaşına saxta məlumatlar daxil etməklə istifadəçi məlumatlarını oğurlamaq olar
ChatGPT-də ciddi boşluq aşkar edilib. Hakerlər aşkar edilmiş boşluq vasitəsilə çat-botun yaddaşına zərərli sorğular sayəsində bu və ya digər istifadəçi barəsində saxta məlumatları yerləşdirə bilərlər.
OpenAI-nin sosial media hesabı sındırılaraq saxta paylaşımlar edilib!
OpenAI-nin sosial media hesabı sındırılaraq saxta paylaşımlar edilib!
Məşhur süni intellektlə işləyən ChatGPT çatbotunun yaradıcısı OpenAI-nin sosial media hesabı bu yaxınlarda sındırılıb. Hətta iş o yerə çatıb ki, şirkətin X hesabı kriptovalyuta fırıldaqçıları tərəfindən ələ keçirilib. Şirkət bu hücumu təsdiqləyib.
1.2 milyon telefona sızan kiber şəbəkə məhv edilib!
1.2 milyon telefona sızan kiber şəbəkə məhv edilib!
Latın Amerikası və Avropada keçirilən birgə əməliyyat nəticəsində yarım milyon insanın şəxsi məlumatlarını oğurlayan nəhəng fişinq şəbəkəsi yaxalanıb. “Kaerb əməliyyatı” adlı əməliyyat nəticəsində 17 nəfər həbs edilib, yüzlərlə elektron cihaz ələ keçirilib.
İsrail, Hizbullaha aid minlərlə elektron cihazı uzaqdan sındıraraq partladıb! (VİDEO)
İsrail, Hizbullaha aid minlərlə elektron cihazı uzaqdan sındıraraq partladıb! (VİDEO)
Hizbullah yaraqlılarına aid olduğu bildirilən minlərlə peycer cihazı, Livanda bomba kimi partlayıb. Partlayışın baş verdiyi yerlər cəhənnəmə dönərkən, mobil cihaz sahibləri böyük narahatlıq keçirməyə başlayıb.
Milyonlarla Android TV cihazında virus aşkar edilib!
Milyonlarla Android TV cihazında virus aşkar edilib!
Android TV istifadəçiləri üçün ciddi bir təhlükəsizlik təhdidi ortaya çıxıb. Antivirüs proqramı inkişaf etdiricilərinin hesabatına görə, "Android.Vo1d" adlı zərərli proqram sürətlə dünya üzrə yayılır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ