Samsung, bunu edə bilənlərə 5 milyon dollar verəcəyini vəd edir!
Təhlükəsizlik
07.08.2024
Farid Pardashunas
Cənubi Koreya nəhəngi Samsung, proqram texnologiyalarında mümkün təhlükəsizlik zəifliklərini müəyyən edən etik hakerlərə mükafatlar verəcəyini vəd edir.
Samsung tərəfindən 2017-ci ildə başlatılan Mobil Təhlükəsizlik Mükafatları Proqramı (Mobile Security Rewards Program), etik hakerlərə və proqram təminatı tərtibatçılarına ümumilikdə 5 milyon dollar məbləğində mükafat paylayıb. Təkcə son bir ildə 113 tədqiqatçıya cəmi 827 min dollar ödəyən şirkət, ən yüksək mükafatı TASZK Security Labs adlı kiber təhlükəsizlik şirkətinə verib. Şirkət, uzaqdan hücumlara icazə verə biləcək təhlükəsizlik zəifliklərini müəyyən edərək bu barədə Samsung-a məlumat verib, mükafatı əldə etməyə haqq qazanmışdı. Samsung, Galaxy AI kimi süni intellektə əsaslanan həllər üzərində fokuslandığı üçün daha bir mükafat proqramı başladıb. Samsung Mobil Süni İntellekt Təhlükəsizliyi adlanan bu yeni mükafat proqramı ilə yeni proqram texnologiyalarında mümkün təhlükəsizlik zəifliklərini müəyyən edən insanlara rekord mükafatların verilməsi planlaşdırılır.
Mükafat qazanmaq üçün nə etməlisiniz?
- Yüksək səlahiyyətli hədəflərdə ixtiyari kodun icrası;
- İstifadəçi verilənlər bazasına daxil olaraq tam istifadəçi məlumatlarının çıxarılması;
- Cihazın kilidini sındırmaq;
- İcazəsiz proqramların quraşdırılması;
- Cihazın mühafizə sistemlərindən yan keçmək.
Samsung-un milyardlarla istifadəçisi olduğunu nəzərə alsaq, onun proqram təminatındakı təhlükəsizlik qüsurunun potensial zərəri mükafatla müqayisədə heç bir şey deyil. Bu mənada, proqram təminatının hazırlanması ilə maraqlanırsınızsa və ya bu, artıq sizin peşənizdirsə, yuxarıda göstərilən maddələri nəzərdən keçirə bilərsiniz. Son olaraq, onu da əlavə edək ki, icazəsiz mənbələrdən tətbiqlərin quraşdırılmasına mane olan "Auto Blocker" xüsusiyyətini yan keçib, bunu Samsung-a sübut etsəniz, heç bir qiymətləndirməyə məruz qalmadan 100 min dollar mükafat ala bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimata hazırlaşan Samsung Galaxy A06-nın yeni render fotosu ortaya çıxıb
Təqdimata hazırlaşan Samsung Galaxy A06-nın yeni render fotosu ortaya çıxıb
Samsung şirkəti Galaxy A seriyasının növbəti büdcəli modelini təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy A06-dan gedir.
Samsung Galaxy S24 FE-nin yaxın zamanda təqdimatı təsdiqlənib
Samsung Galaxy S24 FE-nin yaxın zamanda təqdimatı təsdiqlənib
Samsung şirkətinin bu ilin sonuna kimi Galaxy S24 FE smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə məlum olub ki, sözügedən smartfon Samsung-un rəsmi saytında ortaya çıxıb.
Samsung Galaxy Tab S10 planşet seriyasına yalnız iki model daxil ola bilər
Samsung Galaxy Tab S10 planşet seriyasına yalnız iki model daxil ola bilər
Samsung bu ilin sonuna kimi Galaxy Tab S10 planşet seriyasını təqdim etməlidir. Daha öncə düşünülürdü ki, bu planşet seriyasına 3 model daxil olacaq.
Galaxy AI funksiyaları Samsung Galaxy A seriyasının smartfonlarına gəlir
Galaxy AI funksiyaları Samsung Galaxy A seriyasının smartfonlarına gəlir
Samsung bu ilin əvvəlində Galaxy S24 smartfon seriyasını təqdim edən zaman üstəlik Galaxy AI adlı ekosistemini də təqdim etmişdi.
Samsung Galaxy F14 4G təqdim edilib - QİYMƏTİ
Samsung Galaxy F14 4G təqdim edilib - QİYMƏTİ
Samsung yeni büdcəli smartfonunu təqdim edib. Söhbət Galaxy F14 4G-dən gedir. Galaxy F seriyasının bu yeni smartfonu böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!