Samsung Galaxy Tab S10 planşet seriyasına yalnız iki model daxil ola bilər
Cihazlar+
06.08.2024
Emil Nəcəfov
Samsung bu ilin sonuna kimi Galaxy Tab S10 planşet seriyasını təqdim etməlidir. Daha öncə düşünülürdü ki, bu planşet seriyasına 3 model daxil olacaq. Galaxy Tab S10, Tab S10+ və Tab S10 Ultra. Lakin ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti Galaxy Tab S10 planşetlərinin say məsələsində planlarını dəyişib. Belə ki, məlumata əsasən şirkətin yeni planşet seriyasına iki model daxil olacaq. Galaxy Tab S10+ və Tab S10 Ultra. IMEI məlumatlar bazasına və Geekbench testlərinə əsasən Galaxy Tab S10+ və Tab S10 Ultra planşetləri MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaqlar.
Məlumatda qeyd edilib ki, sözügedən prosessor sayəsində Galaxy Tab S10+ modeli Geekbench-in bir nüvəli testi çərçivəsində 2163 xal, çox nüvəli testi çərçivəsində isə 7186 xal toplayır. Galaxy Tab S10 Ultra modelinə gəldikdə isə o, Geekbench-in bir nüvəli testi çərçivəsində 2070 xal, çox nüvəli testi çərçivəsində isə 6927 xal toplayır. Həmçinin məlumatda qeyd edilib ki, bu iki planşet 12/16 GB RAM ilə 1 TB-a kimi daxili yaddaş həcmini əldə edəcək. Adi Galaxy Tab S10 modelinin isə şirkət tərəfindən nəyə görə ləğv edildiyi məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Galaxy AI funksiyaları Samsung Galaxy A seriyasının smartfonlarına gəlir
Galaxy AI funksiyaları Samsung Galaxy A seriyasının smartfonlarına gəlir
Samsung bu ilin əvvəlində Galaxy S24 smartfon seriyasını təqdim edən zaman üstəlik Galaxy AI adlı ekosistemini də təqdim etmişdi.
Samsung Galaxy F14 4G təqdim edilib - QİYMƏTİ
Samsung Galaxy F14 4G təqdim edilib - QİYMƏTİ
Samsung yeni büdcəli smartfonunu təqdim edib. Söhbət Galaxy F14 4G-dən gedir. Galaxy F seriyasının bu yeni smartfonu böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Samsung Galaxy A16 Geekbench testlərindən keçib
Samsung Galaxy A16 Geekbench testlərindən keçib
Samsung keçən ilin dekabr ayında Galaxy A15 smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı olacaq Galaxy A16 üzərində çalışır.
Samsung-un yeni növ batareyası sayəsində elektromobillər 1000 km yol qətt edə biləcəklər
Samsung-un yeni növ batareyası sayəsində elektromobillər 1000 km yol qətt edə biləcəklər
Samsung şirkəti Seulda baş tutmuş SNE Battery Day 2024 adlı konfransda iştirak edib və konfrans çərçivəsində elektromobillər üçün nəzərdə tutulmuş yeni növ batareyasını təqdim edib.
OneUI yenilənməsini sonuncu dəfə əldə edəcək Galaxy smartfonlarının siyahısı ortaya çıxıb
OneUI yenilənməsini sonuncu dəfə əldə edəcək Galaxy smartfonlarının siyahısı ortaya çıxıb
Samsung şirkətinin yaxın zamanda Android 15 əsaslı OneUI 7.0 istifadəçi interfeysinin beta versiyasını istifadəyə verəcəyi gözlənilir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ