Apple yeni növ cihazlar üzərində çalışır
Cihazlar+
27.02.2024
Emil Nəcəfov
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Apple şirkəti özünün smart üzüyünü hazırlamağı nəzərdən keçirir. Lakin Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple hal-hazırda bir neçə növ taxıla bilən yeni cihazın hazırlanmasını nəzərdən keçirir. İnsayderin sözlərinə əsasən smart üzük hələ hazırlanma mərhələsində deyil. Bununla belə insayder qeyd edib ki, Apple smart eynək üzərində çalışmağa başlayıb. Onun sözlərinə əsasən Apple tərəfindən hazırlanan smart eynək Vision Pro-dan ucuz olmalı və özündə süni zəka funksiyalarını birləşdirməlidir. Gurman bildirib ki, Apple hətta kameraya sahib yeni növ AirPods üzərində də çalışmış ola bilər. Lakin bu halda naqilsiz qulaqlıqlarda kameranın hansı məqsədlə istifadə ediləcəyi məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Vision Pro-nun bütün komponentlərinin ümumi dəyəri nə qədərdir?
Apple Vision Pro-nun bütün komponentlərinin ümumi dəyəri nə qədərdir?
Bu ayın əvvəlində ABŞ-da Apple Vision Pro-nun satışlarına start verildi. İndi isə sözügedən qarışıq reallıq cihazının komponentlərinin hansı qiymətə başa gəldikləri barəsində məlumat verilib.
iPhone 16 Pro üçbucaq formasında arxa kamera dizaynı əldə edə bilər
iPhone 16 Pro üçbucaq formasında arxa kamera dizaynı əldə edə bilər
Hər bir yeni məhsulun hazırlanması prosesi çərçivəsində şirkətlər müxtəlif dizayn variantlarını nəzərdən keçirirlər. Apple da bu mövzuda istisna şirkət deyil.
Ekrana sahib növbəti nəsil Apple HomePod nə zaman satışa çıxacaq?
Ekrana sahib növbəti nəsil Apple HomePod nə zaman satışa çıxacaq?
Keçən il bir neçə dəfə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti ekrana sahib yeni nəsil HomePod smart səsgücləndiricisi üzərində çalışır.
Apple Vision Pro-nun qoruyucu şüşəsi üzərində çatlar əmələ gəlməyə başlayıb
Apple Vision Pro-nun qoruyucu şüşəsi üzərində çatlar əmələ gəlməyə başlayıb
Bəzi Apple Vision Pro istifadəçiləri bu qarışıq reallıq cihazının qoruyucu şüşəsi üzərində yaranmış çatlardan şikayətləniblər.
Apple iMessage tətbiqində kvant kompüterlərdən qorunma tədbirini görüb
Apple iMessage tətbiqində kvant kompüterlərdən qorunma tədbirini görüb
Apple şirkəti iMessage üçün yeni təhlükəsizlik protokolunu işə salıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!