main-post-cover

    Bu il OnePlus-dan qatlana bilən smartfon olmayacaq

    Cihazlar+
    13.02.2025
    Emil Nəcəfov
         OnePlus yeni qatlana bilən smartfonların buraxılması ilə bağlı rəsmi açıqlama yayıb. Qısa sözlə desək, şirkət bu il nə OnePlus Open-in davamçısını, nə də başqa qatlana bilən modelləri təqdim etməyi planlaşdırmır. İstehsalçı bu qərarın səbəbini də izah edib. Əvvəlcədən güman edilirdi ki, 20 fevral tarixində təqdim olunacaq qatlana bilən OPPO Find N5 smartfonu bəzi bazarlarda OnePlus Open 2 adı ilə satışa çıxacaq. Eynilə OPPO Find N3 və OnePlus Open modellərində olduğu kimi. Lakin OnePlus rəsmi olaraq bu il qatlana bilən smartfon buraxmayacağını və bu mövzuda fasilə götürdüyünü açıqlayıb.
         "Bu gözlənilməz ola bilər, lakin hazırkı mərhələdə bunun bizim üçün doğru yanaşma olduğuna inanırıq. OPPO şirkəti Find N5 ilə qatlana bilən cihazlar seqmentində lider mövqelərə sahib olduğu üçün biz də fərqli kateqoriyaları yenidən nəzərdən keçirən və sizə həmişə olduğu kimi innovativ və həyəcanverici təcrübələr təqdim edən məhsullar hazırlamağa çalışırıq. Bu da bizim Never Settle şüarımıza tam uyğundur" - deyə OnePlus-un rəsmi açıqlamasında bildirilib.
         Bundan əlavə, orijinal OnePlus Open sahibləri proqram təminatı və təhlükəsizlik yeniləmələrini şirkətin siyasətinə uyğun olaraq əldə etməyə davam edəcəklər. Lakin bu fasilənin müvəqqəti olduğu, yoxsa OnePlus-ın qatlana bilən smartfon bazarından tamamilə çəkildiyi hələlik məlum deyil.
    Mənbə: 9to5google
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find N5-in gövdə qalınlığı rəsmi şəkildə açıqlanıb
    oppo-find-n5-in-govde-qalinligi-resmi-sekilde-aciqlanib
    Qatlana bilən OPPO Find N5-in təqdimatı rəsmi şəkildə anons edilib
    qatlana-bilen-oppo-find-n5-in-teqdimati-resmi-sekilde-anons-edilib
    Təqdimata hazırlaşan OPPO Find X8 Mini barəsində yeni təfərrüatlar təqdim edilib
    teqdimata-hazirlasan-oppo-find-x8-mini-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    Qatlana bilən OPPO Find N5-in müxtəlif gövdə rənglərində fotoları təqdim edilib
    qatlana-bilen-oppo-find-n5-in-muxtelif-govde-renglerinde-fotolari-teqdim-edilib
    OPPO Find X9 Ultra barəsində ilk məlumat verilib
    oppo-find-x9-ultra-baresinde-ilk-melumat-verilib