main-post-cover

    Google şirkətinin adı bilinməyən yeni smart saatı sertifikatlaşdırılıb

    Cihazlar+
    24.04.2024
    Farid Pardashunas
         Artıq məlumdur ki, Google şirkəti bu il Pixel Watch 3 adlı yeni smart saatını təqdim edəcək. Lakin ABŞ Federal Rabitə Komissiyası (FCC) Google şirkətinin adı bilinməyən yeni smart saatını sertifikatlaşdırıb. Məlumatda qeyd edilib ki, sertifikatlaşdırılmış yeni smart saat GWT9R model nömrəsinə sahibdir. Adətən yeni cihazın sertifikasiya prosesi onun təqdim olunmasından bir neçə müddət əvvəl baş verir.
         Lakin məlumdur ki, Google şirkəti Pixel Watch 3-ü bu ilin ikinci yarısında Pixel 9 smartfon seriyası ilə birlikdə təqdim etməlidir. Burdan da belə qənaətə gəlmək olar ki, FCC-nın sertifikatlaşdırma prosesindən Google şirkətinin aralıq smart saat modeli keçib. Bu smart saat nəticədə Pixel Watch 2a adını əldə edə bilər. 91mobiles saytının vermiş olduğu məlumata əsasən Google şirkətinin adı bilinməyən bu yeni smart saatı WearOS əməliyyat sistemi vasitəsilə çalışacaq və onun LTE dəstəkli versiyası olacaq. Google özü isə hələ belə bir smart saatı anons etməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni intellekt artıq Google-da axtarış nəticələrini cavablayacaq!
    suni-intellekt-artiq-google-da-axtaris-neticelerini-cavablayacaq
    Google Pixel 9 Pro-nun real fotoları təqdim edilib
    google-pixel-9-pro-nun-real-fotolari-teqdim-edilib
    Pixel Buds Pro 2 naqilsiz qulaqlığı sertifikatlaşdırmadan keçib
    pixel-buds-pro-2-naqilsiz-qulaqligi-sertifikatlasdirmadan-kecib
    Google Android 15-ə NFC üzərindən şarj funksiyasını əlavə edəcək
    google-android-15-e-nfc-uzerinden-sarj-funksiyasini-elave-edecek
    Google süni zəka inkişafına 100 milyard dollar yatıracaq
    google-suni-zeka-inkisafina-100-milyard-dollar-yatiracaq