main-post-cover

    Huawei şirkətinin 3 qat qatlanma mexanizminə sahib smartfonunun mümkün təqdimat müddəti açıqlanıb

    Cihazlar+
    10.07.2024
    Emil Nəcəfov
         Son zamanlarda ortaya çıxmış məlumata əsasən Huawei şirkəti 3 qat qatlanma mexanizminə sahib smartfon üzərində çalışır. İndi isə bu smartfonun nə zaman təqdim olunacağı və satışa çıxacağı barəsində məlumat verilib. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Huawei özünün 3 qat qatlanma mexanizminə sahib smartfonunu test etməyə başlayıb. Onun sözlərinə əsasən şirkət bu smartfonla bağlı tələsmək niyyətində deyil.
         Buna görə də onun yaxın aylar ərzində satışa çıxacağını gözləməyə ehtiyac yoxdur. İnsayderin fikrincə Huawei 3 qat qatlanma mexanizminə sahib smartfonunu bu ilin sonunda təqdim edəcək və 2025-ci ilin əvvəlində satışa çıxaracaq. Smartfonun texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur. Yeganə məlum olan odur ki, bu yeni növ smartfon olduqca nazik gövdəni əldə edəcək. Bununla yanaşı güman etmək olar ki, smartfon Huawei şirkətinin Kirin prosessoru vasitəsilə çalışacaq. Bəzi məlumatlara əsasən buna bənzər qatlana bilən smartfon üzərində həmçinin Samsung şirkəti də çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı modelləri təqdimata hazırlaşırlar
    huawei-nova-smartfon-seriyasinin-ilk-qatlana-bilen-qapaqli-modelleri-teqdimata-hazirlasirlar
    Huawei öz brendi altında elektromobil istehsal etmək niyyətində deyil
    huawei-oz-brendi-altinda-elektromobil-istehsal-etmek-niyyetinde-deyil
    HUAWEI nova 12i: 108 MP kamera ilə yüksək keyfiyyətli şəkillər çəkin
    huawei-nova-12i-108-mp-kamera-ile-yuksek-keyfiyyetli-sekiller-cekin
    HarmonyOS Çində iOS-dən daha məşhur olub
    harmonyos-cinde-ios-den-daha-meshur-olub
    Huawei MatePad SE 11 planşeti təqdim edilib - QİYMƏTİ
    huawei-matepad-se-11-planseti-teqdim-edilib-qiymeti