Huawei öz brendi altında elektromobil istehsal etmək niyyətində deyil
Nəqliyyat
04.07.2024
Emil Nəcəfov
Görünür, Huawei şirkəti elektromobillər ilə bağlı strategiyasını “qızıl hərisliyi zamanında ən sərfəlisi kürək satmaqdır” qaydası üzərində qurur. Belə ki, şirkət ümumi trendə qoşulmaq və öz brendi altında elektromobil istehsal etmək niyyətində deyil. Bunun yerinə şirkət digər elektromobil istehsalçılarına öz aparıcı texnologiyalarını təqdim etmək strategiyası ilə getmək niyyətindədir. Son məlumatlara əsasən Huawei Çinin avtomobil istehsalçısı olan Seres-ə Wenjie əmtəə nişanını və onunla bağlı aktivləri 350 milyon dollara satacaq.
Bununla belə şirkət nümayəndələri bildiriblər ki, o bu əmtəə nişanı altında olacaq məhsullara texnoloji dəstəyi təqdim etməyə davam edəcək. Qeyd etmək lazımdır ki, Huawei daha öncə Chery və BAIC də daxil olmaqla Çinin digər yerli avtomobil istehsalçılarına öz əmtəə nişanlarını satmışdı. 2020-ci ildə isə Huawei CEO-su rəsmi şəkildə açıqlamışdı ki, şirkət öz fərdi avtomobilini istehsal etməyi planlaşdırmır. Beləliklə şirkət hal-hazırda böyük rəqabətin olduğu avtomobil bazarına daxil olmaq niyyətində deyil. Bu rəqabət əsasən də Çində çox yüksəkdir. Bunun əvəzinə Huawei avtomobil istehsalçılarına proqram və aparat təminatı texnologiyalarını satacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
HUAWEI nova 12i: 108 MP kamera ilə yüksək keyfiyyətli şəkillər çəkin
HUAWEI nova 12i: 108 MP kamera ilə yüksək keyfiyyətli şəkillər çəkin
Hər bir insanın fəal smartfon istifadəçisi olduğu müasir dövrdə, tələblərə uyğun cihazın seçimi daha da çətinləşir. Bu kontekstdə HUAWEI nova 12i qabaqcıl texnologiya, zərif dizayn və funksionallığın orijinal birləşməsi ilə seçilir.
HarmonyOS Çində iOS-dən daha məşhur olub
HarmonyOS Çində iOS-dən daha məşhur olub
Bir neçə il bundan öncə Huawei şirkəti ABŞ sanksiyalarına cavab olaraq özünün HarmonyOS adlı əməliyyat sistemini yaratdı. İndi isə məlum olub ki, sözügedən əməliyyat sistemi Çindən iOS-dən daha məşhurdur.
Huawei MatePad SE 11 planşeti təqdim edilib - QİYMƏTİ
Huawei MatePad SE 11 planşeti təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti qlobal bazarda yeni MatePad planşetini təqdim edib. Söhbət, MatePad SE 11-dən gedir. Bu planşet böyük ölçülü ekranı, stilus dəstəyi və yaxşı audio sistemi ilə seçilir.
İdman və Gündəlik Tapşırıqlar Üçün Lazım olan Hər Şey: HUAWEI WATCH FIT 3
İdman və Gündəlik Tapşırıqlar Üçün Lazım olan Hər Şey: HUAWEI WATCH FIT 3
HUAWEI WATCH FIT 3 keyfiyyətli ekran, müasir funksionallıq və uzunmüddətli şəbəkədənkənar işləmə rejimi axtaran istifadəçilər üçün uğurlu seçimdir. Gəlin, bu smart saatı geniş istifadəçi kütləsi üçün cəlbedici edən xüsusiyyətləri nəzərdən keçirək.
Huawei, yaşlı insanların sağlamlığına nəzarət edən ağıllı ev qurğusunu təqdim edib!
Huawei, yaşlı insanların sağlamlığına nəzarət edən ağıllı ev qurğusunu təqdim edib!
Huawei, evdə yaşlı insanları izləyən və yıxılma halında xəbərdarlıq göndərən süni intellektlə dəstəkli sağlamlıq sensorunu təqdim edib. Qurğu insanı izləmək üçün millimetr dalğalı radar texnologiyasından istifadə edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ