main-post-cover

    iPhone 18 Pro smartfonları yeni nəsil prosessor vasitəsilə çalışacaqlar

    Cihazlar+
    20.09.2024
    Emil Nəcəfov
         iPhone 17 smartfon seriyasının hələ gələn ilin ikinci yarısında təqdim ediləcəyi gözlənildiyi bir vaxtda məşhur analitik Ming-Chi Kuo artıq indidən iPhone 18 smartfon seriyası barəsində vacib bir məlumatı çatdırıb. Onun sözlərinə əsasən iPhone 18 smartfon seriyası bir məsələdə iPhone 17 smartfon seriyasından tamamilə fərqlənəcək. Belə ki, analitik bildirib ki, iPhone 18 smartfon seriyası 2 nanometrlik prosessor vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, 2 nanometrlik prosessorlar daha çox sayda tranzistor hesabına performans və enerji effektivliyi mövzularında növbəti böyük addım olmalıdırlar. Bu cür prosessorların istehsalına 2025-ci ildə TSMC şirkətinin zavodunda start verilməlidir. Analitik həmçinin əlavə edib ki, 2 nanometrlik prosessor vasitəsilə yalnız iPhone 18 Pro modelləri çalışacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 smartfonlarının batareya həcmləri məlum olub
    iphone-16-smartfonlarinin-batareya-hecmleri-melum-olub
    iPhone 16 Pro-nun kamerası 10.000-dən çox fotoşəkillə sınaqdan keçirilib! (Video)
    iphone-16-pro-nun-kamerasi-10000-den-cox-fotosekille-sinaqdan-kecirilib-video
    iPhone 16 ilə bağlı bütün sualları cavablandıran söhbət botu yaradılıb!
    iphone-16-ile-bagli-butun-suallari-cavablandiran-sohbet-botu-yaradilib
    Avropa Birliyi Apple-dan iOS və iPadOS-in açıq əməliyyat sistemi olmalarını tələb edir
    avropa-birliyi-apple-dan-ios-ve-ipados-in-aciq-emeliyyat-sistemi-olmalarini-teleb-edir
    iPhone 16 Pro-nun ilk qutu açılışı videosu ortaya çıxıb! (VİDEO)
    iphone-16-pro-nun-ilk-qutu-acilisi-videosu-ortaya-cixib-video