Mobil cihazlar sahəsi tarixində ən çox satılmış 15 cihazın reytinqini təqdim edilib
Cihazlar+
29.01.2024
Emil Nəcəfov
Visual Capitalist adlı media şirkətin analitikləri mobil cihazlar sahəsi tarixində ən çox satılmış 15 cihazın reytinqini təqdim ediblər. Təqdim edilmiş reytinq demək olar iki brend arasında bölüşdürülüb. Onlardan hal-hazırda isə yalnız biri aktiv fəaliyyətdədir. Beləliklə reytinqin birinci pilləsini Nokia 1100 mobil telefonu tutub. Məlumata əsasən sözügedən mobil telefon 250 milyon satış göstəricisinə sahibdir. İkinci yeri Nokia 1100-ın digər bir versiyası tutub. Onun satış göstəricisi isə 248 milyon təşkil edib.
Üçüncü yerdə iPhone 6 və 6 Plus smartfonları qərarlaşıblar. Sözügedən smartfonların ümumi satış göstəricisi 222 milyon təşkil edir. iPhone 6 və 6 Plus modelləri üstəlik Apple şirkətinin iPhone tarixi üzrə ən çox satılmış modelləri olublar. iPhone 6 modeli isə o qədər məşhur olub ki, 2017-ci ildə o, Hindistan və Çin bazarlarında yenidən satışa çıxarılıb. Üçüncü yerdən sonrakı yerləri öz aralarında demək olar Apple ilə Nokia bölüşdürüblər. İstisna hal kimi 14-cü yeri qeyd etmək lazımdır. Belə ki, 14-cü yeri 150 milyonluq satış göstəricisi ilə Samsung E1100 tutub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iOS 18 Apple tarixində ən böyük əməliyyat sistemi yenilənmələrindən biri ola bilər
iOS 18 Apple tarixində ən böyük əməliyyat sistemi yenilənmələrindən biri ola bilər
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkətinin iOS 18 ilə bağlı böyük planları var.
Yeni iPad Pro ilə MacBook Air artıq istehsalat mərhələsindədirlər
Yeni iPad Pro ilə MacBook Air artıq istehsalat mərhələsindədirlər
Bloomberg saytının məşhur insayderi Mark Gurman keçən həftə məlumat vermişdi ki, yeni iPad Pro və MacBook Air modelləri artıq yaz fəslində təqdim oluna bilərlər.
Apple digər ölkələrin istifadəçilərinə kənar tətbiq mağazalarından istifadəyə imkan verməyəcək
Apple digər ölkələrin istifadəçilərinə kənar tətbiq mağazalarından istifadəyə imkan verməyəcək
Avropa Birliyinə daxil olan ölkələrin iPhone və iPad istifadəçiləri üçün kənar tətbiq mağazalarından istifadə imkanının istifadəyə veriləcəyi xəbərindən sonra bir çoxları böyük ehtimalla Avropa Birliyi ərazisində çalışacaq Apple hesabının yaradılması fikrinə düşüblər.
Nəyə görə Apple kənar tətbiq mağazaları imkanını digər ölkələrdə reallaşdırmır?
Nəyə görə Apple kənar tətbiq mağazaları imkanını digər ölkələrdə reallaşdırmır?
Apple şirkətinin App Store platforması ilə bağlı siyasətində etmiş olduğu dəyişiklik Avropa Birliyinin tənzimləyici orqanları tərəfindən təyin edilmiş rəqəmsal bazarlar barəsində qanunvericiliyin (DMA) tələbləridir.
Apple iOS-də kənar tətbiq mağazalarının olacağını təsdiqlədi
Apple iOS-də kənar tətbiq mağazalarının olacağını təsdiqlədi
Avropa Birliyinin yeni antimonopoliya normaları səbəbilə Apple şirkəti özünün App Store platformasına bəzi vacib dəyişiklikləri əlavə edib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!